Salona kənar səslər və işlənmiş qaz qoxusu NİYƏ GƏLİR? - AÇIQLAMA

Avtomobilin işlənmiş qaz tullantı sistemində yaranan nasazlıq salona kənar səslərin və işlənmiş qaz qoxusunun gəlməsinə gətirib çıxaracaq.
Avtosfer.az xəbər verir ki, bu sözləri avtomobil eksperti Aleksandra Qabarayeva deyib.
Ekspert qeyd edib ki, nasazlıq baş verdikdə həm tez-tez qaz tullantı sistemindən, həm də mühərrik işlədiyi zaman kəskin səslər gəlir. Bu isə mühərrikin işinə mənfi təsir göstərir, benzin istehlakını artırır.
A.Qabarayeva söyləyib ki, səsboğucunun orta xidmət müddəti materialların keyfiyyətindən və işləmə müddətindən asılı olaraq 3-6 ildir. Alüminiumlu poladdan hazırlanmış səsboğucunun işləmə müdəti 3-4 il, paslanmayan poladdan hazırlanan məhsullar isə daha uzun müddət davamlı olur:
“Qısa səfərlər zamanı səsboğucuda kondensasiya yığılır və bu, hissənin korroziyasına gətirib çıxarır.
Səsboğucunun xidmət müddətini uzatmaq üçün isə vaxtaşırı korroziyaya qarşı qabaqlayıcı tədbirlər görmək lazımdır”.
Namiq Musayev
Avtomobillərdən çıxan tüstü də işə yarayacaq - FOTO
Çinin avtomobil sənayesi adambaşına məhsuldarlığa görə Avropadan geridir
Aİ-92" ilə "Aİ-95"i qarışdırmaq olar?
Dünyanın ən bahalı "avtomobili" - Hazırlanması 281 milyon dollara başa gəlib - FOTO
Avtomobil sahəsində mühüm ixtira: Sadə, ancaq həyati əhəmiyyət daşıyır - FOTO
Avtomobil bazarındakı dəyişiklik KASKO sığortasını da vurdu - FOTO
Maşını sürücüdən alıb özü sürdü - Piyadanın ayağını sındırıb 5 manatla yola saldı
Baş nazir bu avtomobillərlə bağlı QƏRAR VERDİ
“Yağ yeyən” maşına görə şirkət məhkəməlik oldu
İkinci əl avtomobillər nə qədər bahalaşacaq? - VACİB AÇIQLAMA
Alverçilərə pis xəbər — Maşında problem çıxsa...










