Şamaxıda avtomobil dərəyə aşdı - 8 yaralı

Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün gecə saat 22:30 radələrində Şamaxı-Pirqulu avtomobil yolunun Nağaraxana kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Şamaxı sakininə məxsus “VAZ 2106” markalı minik avtomobili yoldan çıxaraq 70 metr dərinliyi olan dərəyə aşıb. Hadisə zamanı avtomobildə olan 8 nəfər ağır bədən xəsarətləri ilə aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan 3-ün vəziyyəti daha ağır olduğu üçün onlar reanimasiya şöbəsinə yerləşdirilib. Məlumata görə, yaralıların hamısı restoranlardan birində ofisiant işləyirlər və onlar toy mərasimindən çıxaraq evə gedərkən hadisə baş verib. Xəsarət alanların şəxsiyyətləri müəyyənləşdirilir. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












