"Sarı zolaqdan yalnız bu halda istfadə etmək olar ki... - Vaqif Əsədov

"Təcili hal baş verərsə və ya qəza şəraiti yaranarsa, sürücü sarı rəngdə bütöv formada çəkilmiş zolaqdan istifa edə bilər". Bu sözləri Sfera.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib. V.Əsədov bildirib ki, qəza şəraitinin baş vermə səbəbləri mütləq şəkildə araşdırılır: "Hər bir hərəkət qanunla tənzimlənir. "Yol hərəkəti haqqında" qanunda göstərilir ki, zərurət yaranarkən yol hərəkatı qaydası araşdırma zamanı doğruluğunu təsdiq edərsə, bu zaman sürücü məsuliyyətdən azad olunur. Bu şərtlə məsuliyyətdən azad olunur ki, sürücünün törətdiyi xəta törədiləcək xətadan yüksək olsun".
Qeyd edək ki, mayın 5-dən 25-dək sarı rəngdə bütöv formada çəkilmiş zolaqlara ancaq IV İslam Həmrəyliyi Oyunları üçün nəzərdə tutulan nəqliyyat vasitələri buraxılır. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) 24 saat ərzində zolaqlara nəzarət edir. Sarı zolaqla hərəkət edən digər maşınlar isə 40 manat cərimə tətbiq olunur.
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












