Satılmayan avtomobillər hara aparılır?
Avtosfer.az xəbər verir ki, avtosalonların istehsal edilən bütün avtomobilləri satmağa müvəffəq olub-olmaması barədə düşünmüsünüzmü? Düşünün: yalnız 2015-ci ildə bütün dünya üzrə şirkətlər 68 milyondan çox avtomobil istehsal edib və çətin ki onların hamısı satılsın. Sizlərə bu xəbərdə təqdim etdiklərimiz aysberqin yalnız görünən hissəsidir. Yəqin ki, bəziləriniz burada yer alan fotoların “fotoşop” olduğunu düşünəcəksiniz. Lakin qeyd edək ki, bunlar tam real fotolardır.
Təqdim etdiyimiz xəbərdə söhbət satılmayan avtomobillərin saxlanıldığı dayanacaq- “yeni avtomobillərin qəbiristanlığı” barədə gedəcək.
Misal üçün, bu “Nissan”zavodu yaxınlığında yerləşən dayanacaqdır. Yalnız xəyali olaraq burada nə qədər avtomobil olduğunu düşünün!
Onları endirimlə satmaq məntiqli olardı. Lakin avtomobil istehsalçıları güzəştə getmir. Onlar avtomobillərin istehsalına xərclənən hər bir dolları qaytarmaq istəyirlər. Bundan başqa hər bir avtomobilin dəyərində bir neçə min dollar endirim etsələr digər bahalı avtomobillər alıcısız qalacaq. Avtomobil istehsalçıları yeni istehsal edilən, lakin satılmayan avtomobilləri saxlamaq üçün getdikcə daha geniş torpaq sahələri almağa məcbur olurlar.
Avtomobil şirkətləri konveyeri dayandıra bilməz, çünki belə olacağı təqdirdə zavodları bağlamaq və minlərlə işçini işdən azad etmək lazım gələcək. Bu halda domino effekti baş verəcək- avtomobil korpuslarının hazırlanması üçün məhsullarından istifadə edilən poladtökmə zavodları müflisləşəcək, detallar və aqreqatları hazırlayan çoxsaylı digər müəssisələr bağlanacaq.
Böyük Britaniyanın Şirness adlı məkanında satılmayan avtomobillər üçün dayanacaq.
Bu böyük avtomobil dayanacağı Böyük Britaniyanın Suindon adlı ərazisində yerləşir, ətrafda isə alıcılar gözə dəymir.
Artıq uzun illərdir ki, zavodlarda hər həftə 10 minlərlə avtomobil istehsal edilir, lakin heç də hamısını satmaq mümkün olmur. İnkişaf etmiş ölkələrdə demək olar ki, hər bir ailə ən azı bir avtomobilə sahibdir, bəs belə halda yeni avtomobil nəyə lazımdır? İstehsakçı üçün istifadə etdiyi avtomobili misal olaraq kuza təmiri üçün “avtoservisə” vermək yeni avtomobil almaqdan daha sərfəlidir.
Merilend ştatının Baltimor limanında satışını gözləyən 57 000 avtomobil
Bu isə Rusiyadır. Peterburq yaxınlığındakı uçuş-enmə zolağında hazırda minlərlə avtomobil dayanır. Onlar Avropadan gətirilib və heç kimə lazım deyil. Hava limanından da bütün ilkin təyinatı üzrə istifadə etmək mümkün deyil.
Etiraf etmək kədərli olsa da, problemin real həlli mövcud deyil. Bu səbəbdən avtomobillər konveyerlərdən çıxmaqda davam edir və oradan birbaşa parklama yerinə gətirilir. Bu parklama yerində isə artıq milyonlarla başqa nəqliyyat vasitələri saxlanılır.
Bəzi ailələr ola bilsin ki, avtomobilini hər il dəyişir, lakin əksəriyyət sahib olduğu avtomobildə hərəkət etməyi üstün tutur. Sübut isə sizin gözləriniz önündədir. Milyonlarla avtomobil zavodların qapılarından parklama yerində saxlanılma üçün çıxır.
İspaniyanın Valensiya şəhərindəki dayanacaq
İngiltərə, Korbidə duran “Sitroyen” markalı yeni avtomobillər. Onları hər gün Fransadan buraya gətirirlər və gəldikləri gündən elə burada qalırlar.
Yeni “Toyota”ların saxlanıldığı bu meydan Kaliforniyanın Lonq-Biç şəhərində 60 hektar sahə tutur.
Bu isə “Ford”un Detroytdakı yeni pikaplarıdır.
Bristoldakı dayanacaq.
Yeni “Land Rover Freelander” Liverpul limanında aparılmalarını gözləyir.
Britaniyanın Rover 75 avtomobilləri Çindəki anbarda toz altında qalmaqdadır.
Yaponiyada satılmayan minlərlə “Honda” avtomobili.
Çıxış nədədir? Avtomobil istehsalçıları daimi olaraq ən müasir texnologiyalarla təchiz edilmiş yeni modellər hazırlayır. İki ildir istehsal edilən, lakin satılmayan avtomobillərin artıq alıcı tapmaq şansı yoxdur. Şirkətlərin avtomobilləri hissələrə ayırıb satmaq və ya press altında əzməkdən başqa alternativ çıxışları yoxdur.
Bəzi avtomobil nəhəngləri istehsalı Çinə köçürüblər. Bunlar arasında General Motors və Cadillac yer alır. Təəssüf ki, ABŞ lisenziyası üzrə Çində istehsal edilən avtomobilə Birləşmiş Ştatlarda əvvəlki həcmdə tələbat duyulmur. Hazırda Çində meydançalar belə avtomobillərlə “dolub-daşır”.