Scuderia Cameron Glickenhaus yeni superkarı anons edib

Amerikalı iş adamı və rejissor Ceyms Qlikenhausa məxsus olan Scuderia Cameron Glickenhaus şirkəti yeni modelin tizerini dərc edib. Yeni sportkarın tizerləri şirkətin Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilib. Təsvirlərdə avtomobilin fənərlərindən, hava girişi olan kapotu və splitteri təsvir olunan ön hissəsi əks etdirilib. İstehsalçı sportkarın karbondan hazırlanmış kuzov və şassiyə malik olacağına işarə edib. Üç yerli salona malik olan superkarın 650 at qüvvəsi hasil edən mühərrik və altı pilləli mexaniki ötürmələr qutusu ilə təchiz ediləcəyi ehtimal olunur. Sportkartın qiyməti 400 min dollar olacaqdır.
Şirkət mart ayında keçirilmiş Cenevrə avtosalonunda amerikan istehsalçısı Glickenhaus SCG003S superkarını təqdim etmişdi. Superkar 800 at qüvvəsinə və 850 Nm fırlanma anına malik olan 4,4-litrlik iki turbokompressorlu V8 mühərriki ilə təchiz edilir. Mühərrik yeddi pilləli sekvental ötürmələr qutusu ilə birgə çalışır. 100 km/saat həddinə superkar üç saniyədən az bir müddətə sürətlənir. Onun maksimal sürəti 349 km/saata bərabərdir.
Avtomobilin əsasını karbondan hazırlanmış monokok təşkil edir. SCG 003S modelinin kuzov panelləri karbonplastikdən hazırlanmışdır.
Modelin çəkisi 1360 kiloqramdır. 250 km/saat sürətində avtomobilin aerodinamikası 703 kiloqrama bərabər yerəbasma gücü təmin edir. Avtomobilin istehsalına başlanacağı tarix və dəyəri məlum deyildir. SCG 003S modelinin buraxılışı ilə İtaliyanın Manifattura Automobili Torino şirkəti məşğul olacaqdır.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












