Şəhid ərini çiyinlərində daşıyan qadın - VİDEOREPORTAJ

Şəhid ərinin tabutunu çiyinlərində daşıyaraq nəşini torpağa tapşırmağa aparan qadın...
Hər kəs onu belə tanıdı. Kim olduğunu bilmədən bütün Azərbaycan onu sevdi, dəstəklədi, qürur duydu.
Və bu müsahibədə məlum oldu ki, xanımının çiyinlərində daşıdığı o şəhid Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda ön cəbhədə döyüşən və azad Qubadlıya ilk Azərbaycan bayrağını sancan Röyal Cəfərovdur.
Hamımızın Müdafiə Nazirliyinin yayımladığı videoda gördüyü, erməni bayrağını binanın üstündən təpikləyib yerə atan və orada Azərbaycan bayrağını dalğalandıran igid – döyüşçü Röyal Cəfərov!
“Qafqazinfo”nun əməkdaşları şəhid Röyal Cəfərovun Gəncə şəhərinin Sevinc qəsəbəsində yaşayan ailəsi ilə görüşərək qəhrəmanımızın xatirəsini əbədiləşdirmək üçün onlarla söhbətləşib.
R.Cəfərovun həyat yoldaşı Firuzə Cəfərova deyir ki, ərinin tabutu altına girərkən heç bir şey düşünməyib:
“Bu mənim son borcum idi, Röyalın qarşısında son vəzifəmi yerinə yetirdim”.
Atası Vaqif Cəfərov isə oğlu ilə danışarkən ona əsir düşməkdənsə, şəhid olmağı tapşırdığını deyib.
Röyaldan ailəsinə və Vətəninə yadigar 4 yaşlı Yağmur və 4 aylıq Rüzgar qalıb. Oğluna bu adı özü versə də, onu cəmi bir ay görə bilib.
Son arzusu da bu olub: ailəsini bir də görüb, sonra şəhid olmaq...
Yolayrıcında iki pikap toqquşdu; sürücülərdən biri öldü - VİDEO
Yeni avtomobillərin qiyməti bahalaşır
Təzə avtomobillərin bahalaşmasına daha bir səbəb
Müasir avtomobillər xüsusi xidmət orqanlarının diqqət mərkəzində
Nadir "Bugatti"nin hərracda rekord qiymətə satılması gözlənilir - FOTO
Sərxoş sürücünün “dəlili”: Siqaretin dəmi gəlmişdi
Avtomobil bazarında "Çin tapmacası" - Qiymətlər niyə artmır?
Bu avtomobillərə tələbat artacaq - Bahalaşma gözlənilir?
Azərbaycanda avtomobilləri daha da bahalaşdıracaq HADİSƏ
Elektromobilin gediş ehtiyatını artıran qoşqu
20 ilin “Toyota”sı Çin avtomobilindən daha səmərəli işlədi










