Şəkidə mal-qara oğurlayan şəxs saxlanılıb

Şəki rayonunda mal-qara oğurluğu ilə məşğul olan şəxs saxlanılıb. Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib. Məlumata görə, rayonun Sarıca kənd sakini Anar Əliyev Şəki Şəhər Rayon Polis Şöbəsinin Sarıca Polis Bölməsinə ərizə ilə müraciət edərək fevralın 18-də ona məxsus evin həyətyanı sahəsindəki tövlədən 2 baş iribuynuzlu mal-qaranın oğurlandığını bildirib. Müraciətlə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq şöbəyə gətirilib. Ətrafında aparılan araşdırmalarla onun Naftalan şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Paşayev olduğu müəyyən edilib. O.Paşayev ifadəsində oğurladığı heyvanları bazarda tanımadığı şəxslərə sataraq əldə etdiyi pulun çox hissəsini borclu olduğu əvvəllər məhkum olunmuş Goranboy rayon sakini, Laçın Əzimova verdiyini bildirib.
Faktla əlaqədar olaraq araşdırmalar davam etdirilir.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












