Sərxoş qadın sürücü polisləri belə təhqir etdi - VİDEO

Gecə Bakının Səbail rayonu Neftçilər prospektində yol hərəkəti qaydalarını kobud surətdə pozan xanım sürücü yol patrul xidmətinin əməkdaşlarına çətin anlar yaşadıb. Avtosfer.az ANS-ə istinadən xəbər verir ki, yol polisinin "Saxla!" əmrinə tabe olan sürücü ilk olaraq avtomobildən düşmək istəməyib. Daha sonra sərxoşluğunun müəyyən edilməsi üçün məntəqəyə aparılmağa razılıq verən xanım burada, nədənsə, polis əməkdaşlarını təhqir edərək fikrini dəyişdirib. Yanında ailəsi və azyaşlı övladları olan və sərxoş halda sükan arxasına əyləşən xanım sürücü həkim müayinəsindən imtina etdi. Qaçaraq ərazidən uzaqlaşmağa çalışan sərxoş xanım sualları da cavabsız qoyub.
Azyaşlı övladları ilə birlikdə ilk olaraq avtomobilini ələk-vələk etməyə başlayan xanım sürücü daha sonra isə ərazidən qaçıb. Bu zaman onun yanında əvvəl sərnişin kimi əyləşən orta yaşlı bir kişi isə avtomobili ərazidən qaçırmaq istəyib. Buna Yol Patrul Xidmətinin əməkdaşları mane olublar.
Yol Patrul Xidmətinin əməkdaşlarının keçirdiyi reyd zamanı saxlanılan xanım sürücünün ad və soyadının Vüsalə Hətəmova olduğu məlum olub. Müayinədən keçməməsinə baxmayaraq, onun inzibati məsuliyyətə cəlb ediləcəyi bildirilib.
Bir neçə dəqiqədən sonra tərk edilərək ərazidən buraxılan avtomobil evakuator vasitəsilə cərimə meydançasına aparıldı.
Qeyd edək ki, analoji hadisə Bakıda ilk dəfə baş vermir.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










