Sərxoş sürücü polisləri aldatmağa çalışdı - VİDEO

Çində sərxoş vəziyyətdə avtomobil idarə edən şəxsin polislərlə söhbəti ortaya maraqlı görüntülər çıxarıb. Avtosfer.az atv-az-a istinadən xəbər verir ki, asayiş keşikçiləri sərxoş olduğu hər hərəkətindən bəlli olan sürücünün nəfəstindəki alkoqolun həddini ölçməyə çalışsa da, buna asanlıqla nail ola bilməyiblər.
Qonaqlıqda 3 badə şərab içən sürücü, yaxalanacağı təqdirdə cəzalandırılacağını bildiyindən, ayıq adam rolunu oynamağa çalışıb. Polislər ondan alkoqol ölçmə cihazına nəfəsini üfürməyi tələb etsə də, çinli sürücü hər dəfə özünü yalandan əmrə tabe olurmuş kimi göstərib.
Kənardan baxanda sanki bu şəxs var gücü ilə nəfəsini cihaza üfürür. Əslində isə polisləri aldatmağa çalışan sürücü, guya cihazın xarab olduğunu sübut etməyə çalışır.
Amma polislər fırıldaqçı sürücüdən daha inadkar çıxıb. Sonadək ondan cihaza doğru-düzgün nəfəs üfürməyi tələb edən asayiş keşikçiləri nəhayət istədiklərinə nail olublar. Başqa çıxış yolunun qalmadığını görən sürücü əmri yerinə yetirib və onun qanındakı alkoqolun normadan çox olduğu təsdiqlənib. Nəzarətə götürülən sərxoş sürücünün cərimələnəcəyi bildirilib.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










