Sifariş olunan “NAZ-lifan”ların Naxçıvana çatma vaxtı AÇIQLANDI

“İyun ayının 1-dən etibarən Naxçıvan Avtomobil Zavoduna (NAZ) verilən sifarişləri müştərilərə təqdim etməyə başlayacağıq”. Bu sözləri NAZ-ın direktoru Musa Abdullayev deyib.
Avtosfer.az modern.az-a istinadən xəbər verir ki, O, qeyd edib ki, hazırda sifarişlər daxil olmaqda və artmaqda davam edir: “İlkin olaraq 500 avtomobil sifariş vermişdik. 270 ədəd “NAZ-lifan” avtomobili hazırdır və Azərbaycana yola salınıb. Onlardan 140 ədədi “820” modelinə, 100 ədədi “X-60” modelinə və 130 ədədi “320” modelinə aiddir. Avtomobillər iyun ayının 1-dən etibarən zavodumuz tərəfindən sifarişçilərə çatdırılacaq.
Bundan əlavə isə Çinin avtomobil zavoduna daha 100 ədəd avtomobil sifariş verilib. Çünki, müxtəlif qurumlardan sifarişlər alınır, təhlil olunur. Daxil olan sifarişlər dəqiqləşdikdən sonra biz də Çinə sifariş veririk. Ümumilikdə, Çin Avtomobil Zavoduna verilən sifarişlər 600 ədəddir”.
M.Abdullayev hələlik təcili yardım avtomobillərinin Azərbaycana gətirilməsi üçün araşdırmalar aparıldığını qeyd edib:
“Təcili yardım avtomobilləri ölkəyə gətirilən avtomobillərin sayına daxil deyil, onlar hələ öyrənilir”.
Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu (NAZ) hazırda 8 modeldə minik avtomobili istehsal edir. Bunlar “NAZ-lifan” 720, “NAZ-lifan” 820 (Premium modellər), “NAZ-lifan” 620, “NAZ-lifan” 630 (sedan modellər), “NAZ-lifan” X50 və X60 (SUV), “NAZ-lifan” 320 və 330 (mini) modelləridir.
“NAZ-lifan” 720 (sürət qutusu mexaniki) modelinin qiyməti 14 min manatdan, “NAZ-lifan” 820 modelinin (sürət qutusu avtomat) qiyməti 22 min manatdan başlayır. Bu avtomobillər şəhəriçi 100 kilometrə 8-9 litr yanacaq işlədir.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










