Sığortasız maşın sürənlər 20 gündən sonra radara düşəcək – QANUN DƏYİŞDİ

Mürəkkəbi yenicə qurumağa başlamış İnzibati Xətalar Məcəlləsinə bu gün edilən başqa bir dəyişiklik mülki məsuliyyətini icbari qaydada sığorta etdirməmiş sürücülərin vəziyyətini xeyli dərəcədə yüngülləşdirib. Avtosfer.az-ın xəbərinə görə, məlumdur ki, icbari sığorta olmadan mexaniki nəqliyyat vasitələrinin idarə edilməsi qadağandır. Sığorta olmadan avtomobili idarə edən şəxs nəzəri cəhətdən hər addımbaşı saxlanılaraq məsuliyyətə cəlb edilə bilərdi. Özü də bu qayda pozuntusunun da elektron protokolla rəsmiləşdirilməsi nəzərdə tutulur. Deməli, sığortasız avtomobil hər nəzarət kamerasının qarşısından keçəndə sürücü barəsində elektron protokol tərtib edilə bilərdi. Yeni dəyişiklik bu problemi həll edib. Belə ki, dəyişikliyə əsasən, icbari sığorta olmadan nəqliyyat vasitəsini idarə etməyə görə məsuliyyətə cəlb edilən şəxs bundan sonrakı 20 gün ərzində həmin xətaya görə təkrarən məsuliyyətə cəlb edilə bilməz. Bu müddət şəxsə icbari sığorta müqaviləsi bağlamaq üçün verilib. Şəxs ilk dəfə məsuliyyətə cəlb edildikdən sonra 20 gün ərzində yenə də sığortasız avtomobil idarə edərsə, 21-ci gün təkrarən məsuliyyətə cəlb ediləcək. Özü də ilk dəfə məsuliyyətə cəlb edilmiş şəxs barəsində yerində protokol (və ya qərar), yaxud elektron protokol tərtib edilməsinin fərqi yoxdur. Hər bir halda eyni şəxs bu xətaya görə təkrarən məsuliyyətə yalnız 20 gündən sonra cəlb oluna bilər.
Qanunvericinin bu məsələyə belə yanaşması təqdirəlayiqdir, çünki doğurdan da, icbari sığorta müqaviləsinin bağlanması üçün sığrta şirkətinə müraciət etmək zəruridir. Bu isə müəyyən vaxt itirilməsi deməkdir. Ona görə də sürücüyə ilk məsuliyyətə cəlb edilmədən sonra bu xətanı aradan qaldırmaq üçün vaxt verilməsi vacibdir. Amma həmin müddətin 20 gün müəyyən olunması bir qədər çoxdur. Belə çıxır ki, şəxs həmin 20 gün ərzində öz avtomobilini rahat şəkildə icbari sığortasız sürə bilər.
Ərşad Hüseynov,
hüquqşünas
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım
İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?
Azərbaycanda hansı avtomobillər bahalaşacaq? - İdxalın azalması bazarı dəyişdirir
Yaponiyanın üç iri avtomobil şirkəti birləşir?
İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
"Nissan"ın bu modellərində problem yarandı: 600 mindən çox maşın geri çağırılır
PPF örtüyü avtomobil boyasını nə dərəcədə qoruyur? – VİDEO
Ölkəyə nə qədər elektrik və hibrid avtomobil idxal edilib? - DGK sədri açıqladı - VİDEO
“Maserati” milyardlıq elektromobil layihəsini dayandırdı
Gömrükdə nəqliyyat vasitələrinin yoxlanılması sinxron həyata keçiriləcək - YENİ QƏRAR
Kondisioner işləyərkən pəncərəni açmaq olarmı?










