Sistemdə görünməyən cərimələr – Sürücü nə etməli? - VİDEO

Texniki vasitələrlə qeydə alınan qayda pozuntularına görə nəzərdə tutulan cərimələrin ödənilməsində vaxtaşırı problemlər yaşanır. Daha bir sürücü belə problemlə üz-üzə qalıb. Həmin cərimənin üzərinə faizin gəlib-gəlməyəcəyi məsələni yenidən gündəmə gətirir.
Vüsal Nəbiyev adlı sürücü cəriməsini ödəyə bilmədiyinə görə üzərinə faiz gələcəyindən narahatdır. Bu məsələ tərtib edilən protokolların ödəmə sistemlərinə inteqrasiyası mexanizmini gündəmə gətirir. Ekspertlər hesab edirlər ki, bu problem müxtəlif səbəblərdən qaynaqlana bilər.
Bu zaman sual yaranır ki, bir müddətdən sonra sürücülərinin cərimələrinin üzərinə faiz gələ bilərmi?
Belə vəziyyətlə qarşılaşan sürücülər Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edə bilərlər. Bundan sonra məsələ araşdırılaraq həll edilə bilər.
Qeyd etmək lazımdır ki, bir müddətdən sonra bu tipli problemlərə son qoyulacaq. Belə ki, mayın 1-də qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsinə görə bir ay ərzində sürücünün cəriməsi haqqında məlumatlar onun görə biləcəyi sistemdə öz əksini tapmasa, onda həmin protokol qüvvəsini itirəcək.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












