Siyəzəndə 6 evdən qızıl oğurlayan şəxs yaxalandı - FOTO

Bu gün Siyəzən rayon Polis şöbəsi əməkdaşlarının “isti izlər”lə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ayrı-ayrı vətəndaşlara məxsus evlərdən oğurluq edən şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şübhəli şəxs qismində saxlanılan Siyəzən rayon sakini Xəyyam Şahbazov rayon Polis şöbəsinə gətirilib. Aparılan istintaq-əməliyyat tədbirlər nəticəsində məlum olub ki, o, fərqli vaxtlarda rayon ərazisində əvvəlcədən gözaltı etdiyi, qapısı asma qıfılla bağlı olan evlərə pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq, ümumilikdə 6 evdən oğurluq edib. Cari ilin oktyabr ayının 10-dan noyabrın 10-dək daxil olduğu evlərdən 3 cüt qızıl sırğa, 8 ədəd qiymətli qaşlı qızıl üzük, 3 ədəd qızıl qolbaq, 4 ədəd qızıl klon, 1 ədəd qızıl zəncir, 4 ədəd qızıl diş, 1 ədəd “Nokia” markalı mobil telefon və digər məişət və bəzək əşyaları oğurlayaraq, ev sahiblərinə ümumi dəyəri təxminən 7000 manat dəyərində maddi ziyan vurub. Onun mənzillərdən oğurladığı qızıl-zinət əşyalarını Sumqayıt şəhərində fəaliyyət göstərən zərgərlərdən birinə dəyərindən xeyli ucuz qiymətə satdığı müəyyən edilib.
Dindirilmə zamanı X.Şahbazov törətdiyi oğurluqları etiraf edib, törətdiyi əməldən peşman olduğunu bildirib.
Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanılıb, X.Şahbazovun başqa cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.
Fərid
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur















