Stalinin sevimli avtomobili 200 milyona satılır - FOTO

Qazaxıstanın Şımkent şəhərinin sakini ZİS-110 minik avtomobilinin satışa çıxarıb. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, elan kolesa.kz avtomobil portalında yerləşdirilib. Satıcı avtomobilin tamamilə bərpa edildiyini bildirib. Avtomobilin qiyməti 200 milyon tengədir (təxminən 1 milyon 100 min dollar). Elanda göstərilib ki, 1956-cı il istehsalı olan ZİS-110 6 litrlik mühərrikə və mexaniki sürət qutusuna malikdir. Qara rəngli avtomobilin salonu dəridən ibarətdir. Məlumdur ki, ZİS-110 keçmiş SSRİ lideri İosif Stalin üçün xüsusi olaraq yaradılmışdı. Avtomobilin konstruksiyası Stalinin çox xoşuna gələn ABŞ-ın “Pakkard” avtomobilinə oxşardır. ZİS-110 II Dünya müharibəsindən sonrakı ilk avtomobilidir. 13 illik istehsal tarixində (1945-1958) bütün modifikasiyaların 2089 nüsxəsi buraxılıb.



Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












