Su ilə işləyən avtomobil - FOTO+VİDEO

Yaponiyanın məşhur Toyota konserni Paris avtomobil sərgisində yeni konseptini təqdim edib. Futuristik dizayna sahib avtomobil sərgiyə toplaşanların böyük marağına səbəb olub. Avtosfer.az xəbər verir ki, avtomobili digər modellərdən fərqləndirən əsas cəhətlərdən biri də onun hidrogenlə işləməsidir. FSV Plus adlandırılan model həm salondakı, həm də salondan kənarda olan hidrogen qazının vasitəsilə hərəkət edir. Avtomobilin ön təkərlərinin arasına yerləşdirilmiş batareya enerjinin toplandığı qutudur. Yanacaq çəninə əlavə edilmiş xüsusi maddə isə hidrogen və oksigen arasında baş verən kimyəvi reaksiya nəticəsində enerji əldə edilməsinə xidmət edir. İçində hidrogen qazı olan yanacaq çəni isə arxa oturacağın altında quraşdırılıb. Avtomobilin təkərləri də elektrik mühərriki rolunu oynayır.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










