Sükanı sağdan sola keçirilmiş avtomobilləri alanlar ciddi problemlərlə üzləşir - VİDEO

Son zamanlar sükanı sağdan sola keçirilmiş avtomobillərin ölkəyə gətirilməsi halları artıb. Buna səbəb isə orijinalına nisbətən daha ucuz başa gəlməsidir. Amma ekspertlər deyirlər ki, bu cür avtomobillərin qəza və alışıb yanma riski çoxdur.
Avtosfer.az xəbər verir ki, ekspertlərin sözlərinə görə, son illərdə qiyməti nisbətən ucuz olan, sükanı sağdan sola keçirilmiş avtomobillərdə belə hallara tez-tez rast gəlinir.
Avtomobil satışı üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, sükanı sağdan sola keçirilmiş avtomobillərin qəza riski həddindən artıq çoxdur.
Ekspert hesab edir ki, sükanı sağdan sola keçirilmiş avtomobilləri alan şəxslər ciddi problemlərlə üzləşirlər. Almaqda maraqlı olmalarına səbəb isə həmin avtomobillərin qiymətinin sükanı solda olanlarla müqayisədə ucuz olmasıdır.
Xatırladaq ki, Azərbaycana sükanı sağda olan avtomobillərin gətirilməsi 1998-ci ildən qadağandır. Amma həmin ildən tez keçirilən avtomobillərin isə istismarında heç bir qadağa yoxdur.
Ətraflı süjetdə:
Çinin avtomobil sənayesi adambaşına məhsuldarlığa görə Avropadan geridir
Aİ-92" ilə "Aİ-95"i qarışdırmaq olar?
Dünyanın ən bahalı "avtomobili" - Hazırlanması 281 milyon dollara başa gəlib - FOTO
Avtomobil sahəsində mühüm ixtira: Sadə, ancaq həyati əhəmiyyət daşıyır - FOTO
Avtomobil bazarındakı dəyişiklik KASKO sığortasını da vurdu - FOTO
Maşını sürücüdən alıb özü sürdü - Piyadanın ayağını sındırıb 5 manatla yola saldı
Baş nazir bu avtomobillərlə bağlı QƏRAR VERDİ
“Yağ yeyən” maşına görə şirkət məhkəməlik oldu
İkinci əl avtomobillər nə qədər bahalaşacaq? - VACİB AÇIQLAMA
Alverçilərə pis xəbər — Maşında problem çıxsa...
Xaricdən avtomobil sifariş etmək istəyənlər üçün VACİB XƏBƏR










