Sumqayıtda avtobusun altında qalan qız sağ qalıb - ŞAD XƏBƏR - VİDEO

Dünən Sumqayıt şəhəri, Babək prospektində - "Hiper" marketin yaxınlığında avtobusun vuraraq üzərindən keçdiyi qız möcüzə nəticəsndə sağ qalıb. Avtosfer.az xeberle.com-a istinadən məlumat verir ki, 2011-ci il təvəllüdlü Babayeva Səbilə Elşən qızı aldığı kəllə-beyin travması ilə dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Həkimlərin təcili müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Xəstə hazırda da həmin tibb müəssisəsində müalicə alır. Həkimlərin bildirdiyinə görə, qızın vəziyyəti normaldır.
Xatıırladaq ki, hadisə dünən günorta saat 11 radələrində baş verib. Qəza marketin çöl kameralarına düşüb. Belə ki, anası ilə yolu keçmək istəyən qız qəfil qaçaraq yolun o biri tərəfinə keçmək istəyib, lakin o, böyük ehtiyatsızlıq edərək yalnız yolun soluna baxıb və yüksək sürətlə yaxınlaşan nəqliyyat vasitələrini görməyib. Bu zaman sağdan gələn avtobus onu vuraraq üstündən keçib.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












