Sumqayıtda qadın sürücü 56 yaşlı qadını vurdu - Sonra üstündən keçdi

Sumqayıtda qadın sürücü yol-nəqliyyat hadisəsi törədib. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə şəhərin Üzeyir Hacibəyov küçəsində baş verib. Belə ki, Sumqayıt şəhər Haci Zeynalabdin qəsəbəsi sakini, 1962-ci il təvəllüdlü Südabə Ağaverdi qızı Ağayeva Ü. Hacıbəyov küçəsində yolu keçmək istəyərkən onu qarşı tərəfdən gələn "Hyundai" markalı, 90-OF-039 dövlət nömrə nişanlı avtomobil vurub. Hadisə şahidlərinin sözlərinə görə, qadın sürücünün idarə etdiyi avtomobil o qədər yüksək sürətlə hərkət edib ki, Südabə Ağayevanı vurandan sonra onun üstündən keçib. Hadisə nəticəsində piyadanın sağ bud sümüyü sınıb və o, ağır kəllə-beyin travması alıb. Yaralı Sumqayıt şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTYX) Zədə Məntəqəsinə çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən S.Ağayevanın vəziyyətinin ağır olduğu bildirilir.
Adı hələlik açıqlanmayan sürücü isə məsuliyyətə cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












