Sürət həddini aşdı, qarşıdan gələn maşına çırpıldı - VİDEO

Dünən Şəki şəhərinin M.F.Axundzadə prospekti ərazisində “Xan Saray”ının qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az Kanal S-ə istinadən xəbər verir ki, hadisəyə səbəb 55-BO 229 dövlət nömrə nişanlı, Daşdəmirov Həmzə Əliəşrəf oğluna məxsus “VAZ-2107” markalı avtomobilin sürücüsünün düzgün sürət rejimi seçməməsi olub. Nəticədə üfüqi nişanlanma xəttini keçən maşın qarşıdan gələn 55-BA-041 dövlət nömrə nişanlı, Nəbiyev Taleh Nəriman oğluna məxsus “VAZ-21011” markalı avtomobillə toqquşub. Şəki Şəhər Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşları dərhal hadisə yerinə gələrək, müvafiq baxış keçiriblər. Xoşbəxtlikdən sürücülər xəsarət almayıb. Hadisə nəticəsində avtomobillərə yüngül ziyan dəyib. Şəki Rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












