Sürəti aşdı, ötmə əməliyyatını düzgün yerinə yetirmədi - Bu da FOTOLAR

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib. Hadisə Sumqayıt şosesində qeydə alınıb. Xırdalandan şəhərin mərkəzinə doğru gələn istiqamətdə “Mercedes” və VAZ-2106 markalı avtomobillər toqquşub. Toqquşmadan sonra “Mercedes” yol ayırıcısına çırpılıb, daha sonra yolun əks istiqamətində təmir aparılan sahəyə düşüb. Qəza nəticəsində "Mercedes"in sürücüsü Hüseynov Elmar Elşad oğlu ağır xəsarətlər alıb. Onun deformasiyaya uğramış avtomobildən çıxarılması üçün hadisə yerinə FHN xilasediciləri cəlb olunub. Xilasedicilər yaralını xəstəxanaya çatdırıblar. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır. İlkin ehtimala görə, qəzaya “Mercedes”in sürücünün sürət həddini aşması və ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.
APA
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR















