Sürücü işləmək istəyənlərə şad xəbər – BNA elan verdi

Bakı Nəqliyyat Agentliyinin “Sürücü Təlim Mərkəzi” MMC “D” və “DE” kateqoriyalı sürücülər üçün işə qəbul müsabiqəsini elan edir. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, vakant sürücü vəzifələrini tutmaq istəyən namizədlər üçün “Sürücü Təlim Mərkəzi”ndə avtobuslarla şəhərdaxili sərnişin daşımalarını həyata keçirən sürücülərin peşə fəaliyyəti və davranışı üzrə, bundan əlavə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair nəzəri və praktiki təlimlər keçiriləcək. Sürücü peşəkarlığını artırmağa imkan verən təlimi uğurla başa vuran sürücülər müvafiq daşıyıcı şirkətlər tərəfindən işlə təmin olunacaq. Təlimdə iştirak etmək üçün aşağıdakı sənədlər tələb olunur:
1. Məhkumluq haqqında arayış (ASAN Xidmətdən);
2. Ümumi tibbi arayış;
3. “D” və’ “DE” kateqoriyalı sürücülük vəsiqəsi;
4. Şəxsiyyət vəsiqəsi.
Qeyd edək ki, hazırda paytaxtın marşrut şəbəkəsində çalışan sürücülərin peşəkarlıq səviyyəsi, davranışı və iş rejimi ilə bağlı vəziyyət qənaətbəxş səviyyədə deyil. Bakı Nəqliyyat Agentliyinin “Sürücü Təlim Mərkəzi” MMC-nin yaradılmasında da əsas məqsəd, bu sahədə mövcud problemlərin həllinə nail olmaqdır. Çünki sərnişinlərin rahatlığı və təhlükəsizliyi məhz bu qeyd edilən amillərlə birbaşa bağlıdır.
Müsabiqədə iştirak etmək istəyənlər Zığ-Hövsan yolu 1-cu kilometr 1 ünvanında yerləşən “Sürücü Təlim Mərkəzi” MMC-yə müraciət etsinlər
Əlaqə nömrəsi: (+994) 50 254 11 38
Fərid
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












