Sürücülər arasında qalmaqal: “Allah haqqı, tormoz verməsəm vururdum..” - VİDEO

Eyni qayda pozuntusunu bir neçə dəfə təkrarladı, etdiyi əmələ haqq qazandırdı.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə qınaq obyektinə çevrilən hadisə Mikayıl Əliyev küçəsində qeydə alınıb. Avtomobilin videoregistratoruna düşən görüntülərdən bəlli olduğu kimi sol zolaqda hərəkət edən “Toyota Prado” markalı, 90-OM-202 dövlət nömrə nişanlı avtomobil xəbərdarlıq işığı yandırmadan sağ istiqamətə keçib. İlk addımında törətdiyi qayda pozuntusuna cəsarət etməyən “Toyota” ikinci cəhdində sağ zolağa daxil olmağı bacarıb. Belə ki, sağa dönmə işığını yandırmadan manevr etmə qaydasını pozan sürücü qəza şəraitinin eşiyindən dönüb. Nəticədə zolağına girdiyi avtomobil qəfil tormoz verib və yarana biləcək təhlükəli vəziyyətin qarşısını alıb. Daha sonra yan-yana dayanan sürücülər arasında söz savaşı başlayıb. Sürücü “Toyota”nın qayda pozuntusuna baş vurduğunu və tormoz verməsəydi avtomobilini vuracağını bildirsə də, o, etdiyi əmələ haqq qazandırıb. Cavabında ara məsafəsinin çox olduğunu və boş yolda dönmə işığını yandırmağın vacib əhəmiyyət daşımadığını qeyd edən səbəbkar sürücünü daha da qəzəbləndirib. Bir müddətdən sonra yenidən sürücünün zolağına girən “Toyota” yenə də eyni qayda pozuntusuna əl atıb.
Nərmin
İkinci əl maşın alanda qəza, etibarnamə və texniki yoxlama niyə vacibdir? – Mütəxəssis RƏYİ
İşlənmiş avtomobil bazarında risklər: Qəza izlərini necə tanımaq olar?
Azərbaycanda avtomobil sifarişi tələsi: Onlarla vətəndaş aldadılıb - VİDEO
Bu maşın püşkatma yolu ilə satılacaq
Avtomobillərdən çıxan tüstü də işə yarayacaq - FOTO
Çinin avtomobil sənayesi adambaşına məhsuldarlığa görə Avropadan geridir
Aİ-92" ilə "Aİ-95"i qarışdırmaq olar?
Dünyanın ən bahalı "avtomobili" - Hazırlanması 281 milyon dollara başa gəlib - FOTO
Avtomobil sahəsində mühüm ixtira: Sadə, ancaq həyati əhəmiyyət daşıyır - FOTO
Avtomobil bazarındakı dəyişiklik KASKO sığortasını da vurdu - FOTO
Maşını sürücüdən alıb özü sürdü - Piyadanın ayağını sındırıb 5 manatla yola saldı










