Sürücülər artıq texnoloji zənginlikdən bezirlər – TƏDQİQAT

Baş ofisi Vaşinqtonda yerləşən “J.D. Power” təşkilatının araşdırması zamanı məlum olub ki, avtomobillərdəki sensor ekranların ifrat çox funksiya daşıması sürücülərin peşəkarlığını aşağı salır. Bu həm də yol hərəkətinə təhlükə yaradır.
Avtosfer.az xəbər verir ki, 100 min sürücünün iştirakı ilə aparılmış tədqiqat göstərir ki, sensor ekran sürücünün diqqətinin daha çox yayınmasına səbəb olur. Ən sadə bir komanda üçün sürücü ekran üzərində hansısa işarəyə basmalı, sürüşdürmə etməli və ya təsdiqləməlidir. Sensor ekrana yönələn hər saniyə qəza riskini artırır. Məsələn, kondisioneri işə salmaq üçün klassik sistemdə bir düyməni basmaq, yaxud, çevirgəcin yönünü dəyişmək kafi idisə, sensor ekranda bundan 3 dəfə çox əməliyyat tələb olunur.
İlk vaxtlar sürücülərə cazibəli görünən sensor ekran bir müddət sonra gözdən düşür. Digər tərəfdən, sürücülərin çoxu sensor ekrandan düzgün istifadə edə bilmir. Bir çox sürücü ənənəvi düymələrə qayıtmağın tərəfdarıdır.
Qeyd edək ki, Avropa qurumları da bir müddət əvvəl avtomobil istehsalçılarına əsas funksiyaların klassik düymələrlə icra olunması göstərişi verib. əks halda, 2027-ci ildən etibarən avtomobillər İttifaq ərazisində satıla bilməyəcək.
Vüqar
Maşını sürücüdən alıb özü sürdü - Piyadanın ayağını sındırıb 5 manatla yola saldı
Baş nazir bu avtomobillərlə bağlı QƏRAR VERDİ
“Yağ yeyən” maşına görə şirkət məhkəməlik oldu
İkinci əl avtomobillər nə qədər bahalaşacaq? - VACİB AÇIQLAMA
Alverçilərə pis xəbər — Maşında problem çıxsa...
Xaricdən avtomobil sifariş etmək istəyənlər üçün VACİB XƏBƏR
Bu şəxslər maşın sürərkən təhlükəsizlik kəməri taxmaya bilərlər
Yeni nəsil nəqliyyat vasitələrində gözlənilməz zəiflik aşkarlandı - Süni intellekt əsaslı ...
Avtomobil akkumulyatorunun ömrünü necə uzatmaq olar?
"BMW" və “Mercedes”lərin satışlarının qadağan edilməsi istənilir
Maşın nömrələrini gizlədən qurğu - Alanları hansı cəza gözləyir? - VİDEO










