Sürücülər bu əziyyətə hələ 6 ay dözməli olacaq - VİDEO

Bakıda ən əsas yollarında olan Babək prospektində geniş təmir, tikinti işləri həyata keçirilir. Yolun altından keçən istismar müddətini başa vurmuş bütün kommunikasiya xətləri yenilənir və yeni asfalat çəkilir. Artıq yeni yolun istifadəyə veriləcəyi vaxt da müəyyənləşib. Eyni vaxtda bir neçə ərazidə iş aparılır. Kommunikasiya xətləri dəyişdirilir, yol yatağı hazırlanır və asfalt vurulur.
Görüntülər uzunluğu 8.7 kilometr olan Babək prospektindəndir. Kommunikasiya xətlərinin çəkilməsi yekunlaşan ərazilər hissələrlə asfaltlanır. Eyni zamanda bordürlər yeniləri ilə əvəz edilir, yağış barmaqlıqları qoyulur və yeni səkilər salınır.
İşlər yekunlaşdıqdan sonra yolun ortasındakı ərazinin kiçildilməsi sayəsində prospektin eni də genişlənəcək.
Babək prospekti şəhərin əsas yollarından sayıldığından bu yolun istifadəyə verilməsi ilə paytaxt yollarındakı sıxlığın azalacağı gözlənilir.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












