Sürücülər DYP postlarında istirahət edə bilər – General göstəriş verdi - FOTO

Son vaxtlar baş verən yol qəzalarının əsas səbəbləri araşdırılarkən sürücülərin sükan arxasında yorğun və yuxulu olması faktlarına da rast gəlinir. Bunu nəzərə alan DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov DYP-nin şəhərlərarası yollardakı stasionar postlarında sürücülərin istirahətinin təmin edilməsi ilə bağlı göstəriş verib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, göstərişə əsasən, bütün DYP postlarında sürücülərin qısa müddətli istirahəti üçün şərait yaradılıb.
Avtosfer.az-ın əməkdaşı Mərəzə və İsmayıllı postlarında olaraq bununla bağlı müşahidə aparıb. Məlum olub ki, həqiqətən də postlarda əl-üz yumaq yerləri quraşdırılıb və orada dəsmal, sabun və salfet qoyulub. Bundan əlavə, sürücülərin post ərazisində qısa müddətdə avtomobili park etməsinə də şərait yaradılıb.
Postda xidmətdə olan DYP əməkdaşları bildiriblər ki, bu addımın atılması yorğun və yuxulu sürücülərə kömək etmək məqsədi daşıyır. Bununla da bu qəbildən olan sürücülər tərəfindən törədilən yol-qəza hadisələrinin qarşısını almaq mümkün olar. Sürücülər burada rahat şəkildə fasilə edə və yaradılan imkanlardan faydalana bilərlər: «Artıq bəzi sürücülər bu imkanlardan istifadə edirlər. Bunun üçün heç nədən çəkinmək lazım deyil».
Avtosfer.az yorğun halda sükan arxasında əyləşən, yuxulayan sürücüləri DYP-nin yaratdığı bu imkanlardan istifadə etməyə çağırır. Unutmayın ki, uzaq məsafəyə avtomobil idarə etmək hər sürücünün bacaracağı iş deyil.
Onu da bilmək lazımdır ki, «Yol hərəkəti haqqında» qanuna əsasən, yorğun halda avtomobil idarə etmək qadağandır.
Elməddin Muradlı
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı













