Sürücülər yanacağın qiymətindən narazıdır, istehsalçılar metalın

Dünyada sürücüləri yanacaq qiyməti narahat edirsə, istehsalçılar daha çox xammalla bağlı narahatlıq keçirirlər. Böyük avtomobil istehsalçıları alüminiumun kəskin bahalaşmasından narahatdır.
Avtosfer.az xəbər verir ki, London Metal Birjasının son seansında bu sənaye metalının 1 tonu təxminən 4900 dollara təklif olunub. Bu da 5 illik maksimumdur. Təkcə son sutkada bahalaşma 83 dollardan çox olub. “Qanadlı” metal adı ilə tanınan alüminiumun bahalaşmasına səbəb Yaxın Şərqdə 1 aydır davam edən konfliktdir.
Alüminium istehsalında filiz qədər enerji də vacibdir. Dünyada ən ucuz və əlçatan enerji mənbələri Körfəz ölkələrində toplanıb. Afrika və Cənubi Amerikada hasil edilən filiz gəmilərlə bu regiona gətirilərək emal olunur.
Finlandiyalı ekspert Bernadet Natali deyir: “ Dünya üzrə alüminiumun 9 faizi Yaxın Şərqdə istehsal olunur. Dünyanın ən böyük istehsalçısı “Bəhreyn Alüminium” dron zərbələrindən sonra cəmi 19 faiz güclə işləyir. Hörmüz boğazının bağlanması isə istehsalçıları xammaldan, istehlakçıları isə hazır məhsuldan məhrum edib”.
2025-ci ildə Avropa Yaxın Şərtqdən 1,2 milyon ton, Amerika Birləşmiş Ştatları isə 3,4 milyon ton alüminium idxal edib. Sənayedə poladdan sonra ən çox bu metal istifadə edilir. Müasir elektromobillərin istehsalı üçün ənənəvi modellərdən 40-50 faiz daha çox alüminium tələb olunur. Buna görə də, bir çox istehsalçı artıq təkrar emal yolu ilə xammal qıtlığı riskini aradan qaldırmağı düşünür.
Hörmüz boğazının uzun müddət bağlı qalması avtomobil bazarına təsirsiz ötüşməyəcək. Lakin bu bahalaşmanı alıcılar yaxın həftələrdə hiss etməyəcəklər.
Vüqar
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












