Sürücülərə bəd xəbər - Ucuz sığorta daha olmayacaq - VİDEO

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sığorta şirkətlərinə xəbərdarlıq məktubu ünvanlanıb. Məktubda şirkətlərə icbari sığorta müqavilələri zamanı endirimlər etməmək tapşırılıb. Əks halda onları ciddi cəzalar gözləyir. Bəzi sürücülər avtomobillərini müxtəlif endirimlər təklif edən şirkətlərdə icbari sığorta etdirirlər. Endirimlər sürücülərə sərfəli görünsə də, sığorta bazarında haqsız rəqabət yaradır. Sözügedən endirimlər sığorta şirkətinin büdcəsinin müəyyən kəsirlər hesabına əldə edilir. Belə ki, “İcbari sığortalar haqqında” qanuna əsasən, büdcənin 20 faizi əsas xərclərə, 15 faizini isə sığorta vasitəçiləri olan agentlərə ayrılır. Endirimlər də qanunsuz olaraq məhz həmin 15 faizin artırılması hesabına formalaşır. Bu isə sonradan müəyyən porblemlərə səbəb olurdu.
İstər haqsız rəqabətin qarşısını almaq, istərsə də ödənişlərdəki problemlərə son qoymaq üçün Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sığorta şirkətlərinə xəbərdarlıq məktubu ünvanlanıb. Məktubda istər avtomobillərin, istərsə də daşınmaz əmlakın icbari sığortanın satışı zamanı şirkətlərə endirim etməmək tapşırılıb. Qeyd edilib ki, bu tələbə məhəl qoymayan sığorta şirkətlərinə qarşı ciddi sanksiyalar tətbiq ediləcək. Bu isə o anlama gəlir ki, müştərilər ucuz yox, daha keyfiyyətli xidmət göstərən şirkətlərə üz tutacaq. Sığorta şirkətinin keyfiyyəti isə əsasən qəza hadisələri zamanı ödənişləri vaxtında verib-verməməklə ölçülür.
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var










