Sürücülərə vacib məsləhət - Qarlı yollar sizi qəzaya salmasın! - VİDEO

Dünən səhər saatlarında başlayan qarlı hava əksər yollarda sıxlığa səbəb olub, avtomobillər çətinliklə hərəkət edir.Mütəxəssislə isə xəbərdarlıq edir, qış təkərləri ilə təchiz edilməyən, təkərlərinin protektorları 3 millimetrdən az olan və ABS, ESP kimi təhlükəsizlik sistemləri olmayan avtomobillərin yollara çıxarılmamasını məsləhət görürlər. Bir çox sürücü elə düşünür ki, təkərlərinin havası az olduqda avtomobil daha az sürüşür. Mütəxəssislər isə bildirir ki, əksinə təkərin havası az olduqda sürüşmə məsafəsi artır. Bu hal yalnız kamerli təkərlərdə faydalı olur. Buzlu havada yoxuşu düşməyin də xüsusi qaydası var. Qarlı havada ara məsafəsi də çox olmalıdır. Amma yolda həddindən çox qar varsa zəncirlərdən istifadə etmək lazımdır. Belə zəncirləri sürücülər özləri də rahatlıqla avtomobilə taxa bilərlər.
Yol polisinin xəbərdarlığında isə deyilir ki, qarlı günlərdə sürücülər şəxsi minik avtomobillərindən mümkün qədər az istifadə etsələr yaxşıdır.
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












