Sürücülərə vacib xəbər – Fərqlənmə nişanı bu qaydada veriləcək

İyulun 28-də bır sıra KİV-də Bakı şəhərində taksi xidməti göstərən hüquqi və fiziki səxşlər üçün bir sıra yeniliklərin nəzərdə tutulması haqqında informasiyalar yayılıb. Avtosfer.az-ın məlumatına görə, Bakı Nəqliyyat Agentliyinə istinadən yayılan həmin məlumatlarda bəzi məqamların düzgün başa düşülmədiyini nəzərə alaraq Agentlik infomasiyanın bu formada yazılmasını məqsədəuyğun hesab edir. Belə ki, Bakı şəhəri və onun inzibati ərazisində taksi faəliyyəti ilə məşğul olmaq istəyən fiziki və hüquqi şəxslər “Fərqlənmə nişanı” əldə etməlidirlər. “Fərqlənmə nişanı”nın əldə edilməsi üçün müəyyən edilən dövlət rüsümü yalnız və yalnız «ASAN xidmət» mərkəzlərindəki müvafiq bank şöbələrində ödənilir. Dövlət rüsumunun ödənilməsi ilə bağlı qəbz alındıqdan sonra sürücü Bakı Nəqliyyat Agentliyinə müraciət edərək “Fərqlənmə nişanı”nı əldə edə bilər. Yəni yayılan informasiyalarda qeyd edildiyi kimi taksi fəaliyyəti üçün fərqlənmə nişanları ASAN xidmət mərkəzləri deyil Baki Nəqliyyat Agentliyi tərəfindən verilir.
Ümumilikdə isə taksi fəaliyyəti ilə bağlı nəzərdə tutulan yeniliklər Bakı Nəqliyyat Konsepsiyası hazır olduqdan sonra tətbiq ediləcək. Konsepsiya üzərində iş isə artıq yekunlaşmaq üzrədir.
Emin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












