Sürücülərə xəbərdarlıq: Cərimələnə bilərsiniz

Dövlət nömrə nişanları təmiz saxlanılmayan, işıq cihazlarının görünməsi təmin edilməyən avtomobil sürücüləri inzibati qaydada məsuliyyətə cəlb ediləcək.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov oxu.az-a bildirib.
Bölmə rəisi sürücüləri şəxsi avtomobildən istifadədən imtina etməyə çağırıb: “Belə hava şəraitində peşəkar, avtomobil idarə etməyə uyğunlaşan sürücülərin avtomobil idarə etməsinə şərait yaradılmalıdır. Ən yaxşı halda isə şəxsi avtomobildən istifadədən imtina etməli və ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməlidir”.
V.Əsədov bildirib ki, belə hava şəraitində sürət həddi minimuma endirilməli, ara məsafəsi normadan artıq saxlanılmalıdır: “Sürücülər əyləc sistemindən istifadə etmənin avtomobilin sürüşmə ehtimalını artırdığını yadda saxlamalıdırlar”.
Bölmə rəisi deyib ki, bu günlərdə yalnız texniki cəhətdən saz olan avtomobillərdən istifadəyə üstünlük verilməlidir: “Unutmaq olmaz ki, istismar müddəti bitmiş, isitmə sistemi olmayan və soyutma sistemi su ilə təchiz edilən nəqliyyat vasitələrindən belə hava şəraitində istifadə edilməsi çox təhlükəlidir. Ona görə də bir daha xahiş edirik ki, sürücülər bunu nəzərə alıb ən azından özlərinin təhlükəsizliyi naminə bu deyilənləri yerinə yetirsinlər”.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 155.1 maddəsinə müvafiq olaraq dövlət qeydiyyat nişanının təmiz saxlanılmaması və çirkli saxlamaqla görünməz hala gətirildikdə müvafiq olaraq 40 manat miqdarında cərimə nəzərdə tutulur.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












