Sürücüləri daha çox məyus edən avtomobillərin reytinqi açıqlanıb

"Consumer Reports" təşkilatı aldıqdan sonra sahiblərini daha çox məyus edən avtomobil markalarının onluğunu müəyyən edib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, qiymətləndirmənin əsas meyarları qiymət, salonun tutumu, mühərrikin gücü və rahatlılıq olub. Sürücüləri ən çox məyus edən avtomobil "Dodge Caravan" miniveni olub. O, az yer tutumu və salonun narahat olmasına görə anti-reytinqə başçılıq edib. Narahat oturacaq və zəif mühərrik "Fiat 500" markalı üçqapılı hetçbekə ikinci yeri qazandırıb. Yüksək yanacaq sərf etdiyi bir halda "at gücü"nün kifayət qədər az olması "Ford Transit Connect"in üçüncü yerdə qərarlaşmasına səbəb olub. Amerika istehsalı olan bu avtomobil modeli lisenziya əsasında Türkiyədə yığılır. "Qara siyahı"ya həmçinin "Nissan Infiniti QX60", "Dodge Journey", "Nissan Versa", "Chevrolet Trax", "Acura ILX", "Nissan Centra" və "Mercedes-Benz GLA-Class" düşüb.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












