Sürücülərin çaş-baş qaldığı iki suala cavab verildi – Qaydalar belədir

Keçən həftə Milli Məclisin iclasında «Yol hərəkəti haqqında» Qanunun 35-ci maddəsində dəyişikliklər edilib. Qaydalara edilən dəyişikliklər nəticəsində, artıq sürücülük vəsiqələri sürücünün idarə edə bildiyi ötürücü qutuya uyğun olaraq veriləcək. Eyni zamanda, xarici ölkədə alınan sürücülük vəsiqləri Azərbaycanda, maksimum 1 ay müddətdə istifadə edilə bilər. Daha sonra mütləq dəyişdirilməlidir. Sözügedən dəyişiklikləri sputnik-ə şərh edən nəqliyyat eksperti Ərşad Hüseynovun sözlərinə görə, bu qaydalar qəbul olunsa belə, bir çox sual doğuracaq məqamlar qalmaqdadır: "Öncəliklə deyim ki, bu yeni qayda, yalnız minik avtomobillərinə aiddir. Çünki minik avtomobilləri, əsasən ötürücü qutu ilə idarə olunur".
"Dünya praktikasında belə qayda tətbiq olunur. B kateqoriyası üzrə sürücülük hüququ qazanmış şəxslərin özlərinin seçim etmək hüququ olur. Amma, qeyd edim ki, mexaniki ötürücü ilə avtomobil idarə edən sürücülər, həm də avtomatik ötürücü qutusu olan avtomobilləri idarə edə bilərlər", - ekspert bildirib. O, bir sualın ortaya çıxdığını qeyd edib: "Avtomatik ötürücü qutusu ilə avtomobil idarə edə bilən şəxslər, gələcəkdə mexaniki ötürücü qutusu olan maşınları sürmək istəsələr, nə edəcəklər? Bu barədə heç bir açıqlama verilmir. Yəni, qaranlıq məqamlar var". Ə.Hüseynov əlavə edib ki, yeni qanun indiyə kimi alınan sürücülük vəsiqələrinə şamil edilmir: "Bu günə kimi imtahan verən vətəndaşların vəsiqələri mexaniki idarəetmə mexanizminə aiddir və onlar həm avtomat, həm də mexaniki ötürücüsü olan avtomobilləri idarə edə biləcəklər".
Ekspertin dediyinə görə, xarici ölkədə alınan sürücülük vəsiqəsini, Bakıda 1 ay sonra, 18 manat rüsum ödəməklə dəyişmək mümkün olacaq: "Şəxs heç bir əlavə imtahan verməyəcək. Sürücülük imtahanı yalnız bir dəfə verilir. Qalan zaman isə, sadəcə vəsiqə dəyişdirilə bilər. Bunun üçün də dövlət rüsumu ödəmək yetərlidir". Yol-nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov isə deyib ki, hər bir sürücü mexaniki ötürücüsü olan avtomobilləri idarə etməyi bacarmalıdır: "Nəqliyyat vasitəsini idarə edən şəxs hər iki növ idarə sistemini bilməlidir. Bu, ondan irəli gəlir ki, vəziyyətdən asılı olaraq, ya mexaniki, ya da avtomat ötürücüsü olan avtomobil sürə bilərəm". "Sürücü mütləqdir ki, mexaniki ötürücüsü olan avtomobili idarə edə bilsin. Bu avtomobili idarə edə bilən sürücü, avtomat ötürücüsü olan maşını asanlıqla idarə edə bilir. Azərbaycanda avtomobillərin əksəriyyəti mexaniki ötürücü qutusu olan maşınlardır. Bu zaman sürücülər daha diqqətli olmalı və çalışmalıdırlar ki, mexaniki maşınla imtahan versinlər və mütləq mexaniki maşını idarə etməyi öyrənsinlər. Bu, həm sürücüləri peşəkar edəcək, həm də gələcəkdə nə vaxtsa mexaniki maşın idarə etmə imkanlarını sığortalayacaq".
Ekspert əlavə edib ki, xaricdə alınan vəsiqələri, "ASAN Xidmət" mərkəzlərinə müraciət edərək dəyişdirmək mümkün olacaq: "Amma heç bir halda imtahan verməli deyillər".
Dünyada ən çox tıxac olan şəhərlər açıqlandı - SİYAHI
Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər - Natrium əvəzinə litium
Çin yarım sükanlı avtomobilləri qadağan etdi
Sosial yardım alan şəxs yarım milyonluq “Ferrari” sürürmüş
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var










