Sürücülərin DİQQƏTİNƏ! Bu prospektdə avtobus zolağının 200 metri ləğv edildi - VİDEO

Paytaxtın ən işlər küçələrindən birindəki anlaşılmaz vəziyyət aradan qaldırılıb.
Avtosfer.az xəbər verir ki, Azadlıq prospektinin Nərimanov rayonu ərazisindən keçən hissədə daha əvvəl çəkilən avtobus zolağı ləğv edilib. Buna prospektin həmin hissəsində iki zolaq sola, yalnız bir zolaq isə düz, yəni şəhər istiqazmətində hərəkət icazə verirdi. Bu da Ziya Bünyadov prospekti ilə kəsişmədəki tuneldə uzunmüddətli tıxacların yaranmasına gətirib çıxarırdı.

Mövzu ilə əlaqədar nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Azərbaycan yerüstü Nəqliyyat Agentliyi ilə birgə aparıılan təhlillər zamanı ərazidəki sıxlıq nəzərə alınaraq, sürücülər üçün yaranan çətin vəziyyət aradan qaldırılıb.

“Məsələ ilə ələaqədar, AYNA tərəfindən ərazi müayinə edildi və tunelin çıxışında svetofora qədər olan 200 metr əsafədəki avtobus zolağı ləğv edilib. Buna görə də, Avtosfer.az saytı olaraq ərazidə çəkiliş apardıq və vəziyyəti gördük. Artıq ərazidə düzünə hərəkət edə bilmək üçün iki hərəkət zolağı təşkil edilib. Gələcəkdə də ərazidə sıxlıq yaranarsa, ərazidi bir daha müayinə edib, Məmməd Araz küçəsi ilə kəsişmədəki zolaqların sağdakını düzünə və sola olaraq dəyişmək mümkündür. Yenə də xronometraj aparmaq lazımdır ki, nəqliyyat axını azdırsa, yaxud çoxdursa və ya günün müəyyən saatlarında hərəkəti fərqli formada təşkil etmək mümkündürsə, edə bilərlər”.”
Elməddin Muradlının edilən dəyişikliklərlə bağlı verdiyi şərhin videosunu sizə təqdim edirik:
Səfər
Dünyada ən çox tıxac olan şəhərlər açıqlandı - SİYAHI
Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər - Natrium əvəzinə litium
Çin yarım sükanlı avtomobilləri qadağan etdi
Sosial yardım alan şəxs yarım milyonluq “Ferrari” sürürmüş
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var











