Sürücülərin diqqətinə – Ağsu aşırımı bu maşınların üzünə bağlandı

İyunun 22-dən etibarən Ağsu aşırımında yük avtomobillərinin hərəkətinə məhdudiyyət qoyulacaq. Bu barədə Avtosfer.az-a "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Onun sözlərinə görə, yol təmir olunduqdan sonra burada yük avtomobillərinin hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilib: "Çünki yük avtomobilləri burada həm təhlükə törədir, həm də enişli-yoxuşlu yolun dağılmasına səbəb olur. Belə bir addımın atılması həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi ilə bağlıdır".
Anar Nəcəfli bildirib ki, yük avtomobili sürücüdəri Ağsuya getmək üçün alternativ olaraq Bakı-Ələt-Qazax və Muğanlı- İsmayıllı-Qaraməryəm yolundan istifadə edə bilərlər: "Artıq iyunun 22-dən etibarən Ağsu aşırımında müvafiq yol nişanları və hündürlüyü məhdudlaşdıran qurğular quraşdırılacaq. Qeyd edim ki, bu yolda yük maşınlarının hərəkəti əvvəllər də məhdudlaşdırılmışdı".
Emin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












