Sürücülərin diqqətinə – Yol polisi bütün kameraları işə saldı – FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyevin və daxili işlər naziri, general-polkovnik Ramil Usubovun diqqət və qayğısı nəticəsində Dövlət Yol Polisinin istifadəsində olan yeni Yol-Patrul Xidməti avtomobillərinə quraşdırılmış İ-patrul sistemi tam qüvvəsi ilə işə düşüb. Sistemin özəllikləri barədə məlumat verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, dünyanın ən qabaqcıl texnologiyasından sayılan bu sistem müasir dövrün tələblərinə tam cavab verir. Azərbaycanda ilk dəfə Bakı şəhərində tətbiq olunan İ-patrul sistemindən artıq Gəncədə də istifadə olunur. Vaqif Əsədov onu da bildirib ki, İ-patrul sistemindən dünyanın başqa inkişaf etmiş ölkələrində də istifadə olunur. Məsələn, Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi və Dubay şəhərlərində, Türkiyənin İstanbul və Ankara şəhərlərində, ABŞ-ın Nyu-York şəhərində, Kanadanın Ottava şəhərində, Almaniyanın Frankfurt şəhərində İ-patrul sistemindən istifadə olunur. Bu sistemə quraşdırılmış 6 kamera 500 metr məsafəni görür və qeydə alır, 100 metr məsafədə isə avtomobilin dövlət nömrə nişanını qeydə alaraq törədilən inzibati xətalara uyğun elektron protokol tərtib edir. Bu kameralar 360 dərəcədə hərəkətdə olan və dayanmış bütün nəqliyyat vasitələrini qeydə ala bilir. Kameralar yanları, irəlini və arxanı həm düzünə, həm də çarpazvari şəkildə çəkə bilir. Tərtib olunmuş elektron protokollar Dövlət Yol Polisinin Mərkəzi Məlumat Sisteminə ötürülür və sürücünün ünvanına göndərilir: «Sürücülərdən tələb olunur ki, qeydiyyatda olduqları və ya yaşadıqları ünvanlar barədə düzgün məlumat versinlər. Çünki protokolların onlara vaxtında çatdırılması və cərimələrin vaxtında ödənilməsi həm onların, həm də yol polisinin işini asanlaşdırmış olur».
Vaqif Əsədov onu da əlavə edib ki, İ-patrul sistemi Mərkəzi Məlumat Sistemində avtonəqliyyat vasitəsinə aid bütün informasiyaları oxuya bilir və üzə çıxarır: «Bu sistemi çoxfunksiyalarıdır və günün istənilən vaxtında, hətta qaranlıqda belə effektli foto-video material hazırlaya bilir. Əks istiqamətdə hərəkət olan avtomobillərin də qayda pozmasını qeydə alır. Artıq gün ərzində İ-patrul sistemi tərəfindən sürücülərə 700-800 inzibati protokol tərtib olunur».
Elməddin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
































