Sürücülərin işini rahatlaşdıran xidmət fəaliyyətə başlayır

Azərbaycanda sığorta bazarında ilk dəfə köməkçi xidmət fəaliyyətə başlayacaq. Yeni xidmət qəza baş verəndən sonra bir sıra prosesləri sürücünün yerinə həyata keçirəcək, qarşılığında isə avtomobil sahibi onlara rəsmi ödəniş edəcək. Qəza törədib nəticələri ilə məşğul olmaq istəməyənlər üçün maraqlı bir xidmət təklif olunur. Avtosfer.az anspress-ə istinadən bildirir ki, bu, hazırda Azərbaycanda tətbiq edilməsi düşünülən sığortada yeni servis xidmətin icrası ilə mümkün olacaq. Köməkçi xidmət qəza törətmiş sürücünü istədiyi yerə çatdırmaq, avtomobilin evakuasiyasını təmin etmək, hətta onun təmir etdirib sahibinə qaytarmaq kimi məsələləri əhatə edir.
"Yeni xidmət daha çox vaxt sarıdan qıtlıq çəkənlərə əlverişli olacaq"
Xidmətdən istifadədə bir sıra məhduddiyyətlər nəzərdə tutulub. Qəzada xəsarət alan olmamalıdır və maddi zərər 1000 manatı keçməməlidir. Sürücünün yerinə bir sıra prosesləri icra edəcək yeni xidmət avtomobil sahiblərinə cəmi 200-250 manata başa gələcək və tərəflər arasındakı müqavilə ilə tənzimlənəcək. Müqavilə öncədən bağlanacaq, ödəmə belə hal baş verərsə, hadisədən sonra yerindəcə həyata keçiriləcək. Ekspertlər düşünürlər ki, yeni xidmətdən istifadədə xüsusi ilə vaxt sarıdan qıtlıq çəkən insanlar üçün əlverişli olacaq. Nəticədə sürücü nə rəsmi qurumlar, nə də sığorta şirkətləri ilə təmasda vaxt itirməyəcəklər. Ekspertlər bunun sığorta şirkətləri ilə yaşanan mübahisələrə də son qoyacağı fikrindədir.
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var










