Sürücülərin NƏZƏRİNƏ: İcbari sığorta ilə bağlı YENİLİK

Azərbaycanda sığorta xidmətlərinə əlçatanlığın təmin olunması və sektorda elektronlaşmanın təkmilləşdirilməsi ilə bağlı növbəti addımlar atılıb.
ASA-dan Apa-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu tərəfindən ölkədə sığorta sektorunun inkişafı yönündə həyata keçirilən təkmilləşdirmə tədbirlərinin növbəti mərhələsi olaraq sığorta xidmətlərinə əlçatanlığın elektron şəkildə təmin olunması ilə bağlı əsaslı tədbirlər görülüb.
Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının sığorta sektorundakı proseslərin tənzimlənməsi istiqamətində atdığı addımların nəticəsi olaraq, ölkəmizdə mövcud olan hər bir avtonəqliyyat vasitəsi sahibi 21 yanvar tarixindən etibarən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə elektron qaydada və heç bir çətinliklə üzləşmədən sığortalana biləcək.
Məlumatda bildirilir ki, hər bir sahədə olduğu kimi, sığorta sektorunda da xidmətlərin elektronlaşması müasir dövrün başlıca çağırışlarındandır. Bu reallığa əsaslanaraq atılmış müvafiq addım da sığorta proseslərinin elektronlaşmasının təkmilləşdirilməsi ilə müştəri məmnuniyyətinin təmin olunmasına və sığorta xidmətlərinin inkişafına hesablanıb.
Elektromobil istehsalında inək qanından istifadə ediləcək?
DJ Mahmutun 350 min dollarlıq avtomobili - FOTOLAR
Azərbaycanda bəzi avtomobillər kəskin BAHALAŞDI - VİDEO
2026-cı ilin ən yaxşı dizel mühərriki məlum oldu - FOTO
Cərimələrlə bağlı daha bir YENİLİK - SMS və tanışlıq kifayət edəcək
İkinci əl maşın alanda qəza, etibarnamə və texniki yoxlama niyə vacibdir? – Mütəxəssis RƏYİ
İşlənmiş avtomobil bazarında risklər: Qəza izlərini necə tanımaq olar?
Azərbaycanda avtomobil sifarişi tələsi: Onlarla vətəndaş aldadılıb - VİDEO
Bu maşın püşkatma yolu ilə satılacaq
Avtomobillərdən çıxan tüstü də işə yarayacaq - FOTO
Çinin avtomobil sənayesi adambaşına məhsuldarlığa görə Avropadan geridir










