Sürücülərin nəzərinə: avtomobillər bahalaşacaq – VİDEO

Azərbaycana gətiriləcək minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu gələn il yanvarın 1-dən artırılacaq. Amma bu bütün avtomobillərə şamil edilmir.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı ARB TV-nin “Günə doğru” proqramında maraqlı sujet yayımlanıb.
İqtisadçı Vüqar Bayramlının sözlərinə görə, bu kiçik mühərrikli avtomobillərə deyil, böyük mühərrikli avtomobillərə aid olacaq:
“Amma bu bazardır. Qiymətlər bir-birinə bağlıdır. Böyük mühərrikli avtomobillərdəki bahalaşma, kiçik mühərrikli avtomobilləri də öz gününə sala bilər.
Xərc artırsa, qiymət də ona uyğun artır. Xərci böyük olmayanlar var. Məsələn böyük mühərrikli avtomobil bir neçə ildir ki, alınıb, artan gömrük rüsumu həmin avtomobilə aid deyil. Amma, bu zaman da vəziyyət dəyişəcək.
Vəziyyət budur, bir istiqamətdə bahalaşma digər tərəfdə də özünü göstərəcək. Çalışaq ki, belə olmasın. Çünki Avropa ölkələrində də böyük mühərriki olan avtomobilləri varlı təbəqə alır deyə onlara rüsumlar çoxdur. Amma bu kasıb təbəqənin istifadə etdiyi kiçik həcmli mühərrikli avtomobillərin qiymətlərinə təsir etmir”.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












