Sürücülərin nəzərinə - Bu yolda avtomobillərin hərəkəti bu cür dəyişdirildi - VİDEO

Bakıda piyadaların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək, həmçinin yollarda sıxlığı aradan qaldırmaq məqsədilə paytaxtın Azadlıq prospektində avtonəqliyyat vasitələrinin hərəkətində müəyyən dəyişikliklər edilib. Bu barədə Avtosfer.az-a "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib. Dəyişikliyə görə, avtonəqliyyat vasitələrinin prospektdən sağa Cəfər Xəndan küçəsinə işıqfordan dönmək qadağan olunub. Bunun əvəzinə sürücülərin kəsişməyə çatmamış köməkçi yoldan istifadə edərək maneəsiz saga doğru hərəkət etmələri üçün şərait yaradılıb. Cəfər Xəndan küçəsinə doğru rahat hərəkəti təmin etmək üçün köməkçi yolda genişləndirmə işləri aparılıb, asfalt-beton örtüyü yenilənib.
Tətbiq olunan daha bir dəyişiklik isə müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobuslar üçündür. Belə ki, avtobusların ümumi hərəkətə mane yaratmadan hərəkətini təmin etmək, bununla da sıxlığl aradan qaldırmaq üçün onların Cəfər Xəndan küçəsi ilə kəsişmədən prospektin əsas yolu ilə Süleyman Sani Axundov küçəsi ilə kəsişməyə doğru ( Azadlıq metrostansiyası ) hərəkətinə qadağa qoyulub. Artıq onların hərəkəti köməkçi yola yönəldilib. Avtobuslar da Cəfər Xəndan küçəsi ilə kəsişməyə çatmamış köməkçi yola daxil olurlar. Daha sonra kəsişməni keçərək yan yolla hərəkətlərinə davam edə bilirlər. Bunun üçün sözügedən ərazidə təmir işləri aparılıb, əlavə “cib”li avtobus dayanacaqları inşa edilib, zəruri olan yerlərdə yol nişanları və Cəfər Xəndan küçəsi ilə kəsişməyə əlavə işıqforlar quraşdırılıb.
Sərnişin avtobuslarının və digər avtonəqliyyat vasitələrinin prospektin yan yolundan Məsud Davudoğlu küçəsinə ( 6-cı mkrn. istiqaməti ) keçidini təmin etmək üçün əsas yola doğru yeni hissə açılıb. Yeni yol hissəsindən Məsud Davudoğlu küçəsinə keçid işıqforlarla tənzimlənir.
Süleyman Sani Axundov küçəsinə doğru irəliləyən avtobuslar isə sözügedən küçə ilə kəsişmədə yaradılan xüsusi dayanacaqlı hissəyə daxil olduqdan sonra M.Ə.Rəsulzadə qəsəbəsinə doğru prospekt boyunca hərəkətlərinə davam edə biləcəklər. Sözügedən küçə ilə prospektə doğru hərəkətdə olan avtonəliyyat vasitələri üçün geri dönməni təmin etmək məqsədi ilə yeni yol hissəsi də salınıb.
Əks istiqamətdən gələn ictimai nəqliyyat üçün də sözügedən kəsişmədə xüsusi dayanacaqlı hissə yaradılıb. Bura daxil olan avtobusların hərəkəti müəyyən bir məsafədə köməkçi yolla yönəldilib. Daha sonra avtobuslar prospektin əsas yoluna çıxaraq hərəkətlərinə davam edə bilirlər.
Emin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










