Sürücülərin nəzərinə: Bu yollarda radarların sayı xeyli artırıldı - DYP-dən açıqlama

Son günlər ölkənin magistiral yollarında, xüsusi ilə də Bakı-Qazax magistral yolunda sürət kameralarının sayı xeyli dərəcədə artıb. Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Qaynarinfo.Az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev radarların hansı zərurətdən artırıldığını açıqlayıb. Kamran Əliyevin sözlərinə görə, bütün ölkə boyu sürət rejminə əməl olunması ilə bağlı yol boyu müşahidə kameraları quraşdırılacaq: "Bunların hamsı yüksək sürət səbəbindən baş verən yol nəqliyat hadisələrinin qarşısının alınması məqsədilə atılan addımlardır. Bu qədər radarların qurulması sayəsində sürət həddinin artırılması ilə bağlı olan qəzaların sayı 44-45 faizdən 22-23 faizə enib. Bu da yüzlərlə insanın həyatının xilas edilməsidir". Qurum rəsmisi bildirib ki, təkcə respublika əhəmiyyətli yollarda deyil, yerli əhəmiyyətli yollarda da radların quraşdırılması ilə bağlı yerli sakinlərdən çoxsaylı müraciətlər daxil olur: "Hər kəs bu gün istəyir ki, yaşayış məntəqələrində belə radarlar çox qurulsun ki, sürücülər sürət həddinə riayyət etsin. Sözsüz ki, sürət həddinə əməl olunursa həmin ərazidə də yol nəqliyyat hadisələrinin sayı az olur".
Kamran Əliyev mövcud sürət hədinin dəyişib-dəyişməyəcəyinə də toxunub: "Sürətin artıb azalması ərazidəki yol şəraitindən asılıdır. Əgər orda şərait imkan verirsə ki, nəqliyyat vasitələrinin hərəkət sürəti bir qədər artırılsın, müvafiq qurumların qərarına əsasən artırılacaq. Elə yer var ki, orda sürətin artırılmasına zərurət var. Nəqliyyat vasitələrinin ləngiməməsi üçün belə addımlar atıla bilər. Sözsüz ki, birinci növbədə təhlükəsizlik məsələləri öndə durur. Həmin ərazidə yerləşən yollar təhlükəsizlik tələbərinə cavab verirsə, orda sürət həddi artırıla bilər".
BYD “Volkswagen”in “Şüşə manufaktura”sını alır - VİDEO
“Tesla” 2 modelin istehsalını dayandırdı - FOTOLAR
Yeni “Niva” belə olacaq - FOTOLAR
Ən çox xarab olan avtomobillər – SİYAHI - FOTOLAR
Hər litr yanacağa necə qənaət etmək olar? - Faydalı MƏSLƏHƏTLƏR
Avtomobil istehsalçıları 8 milyard avro itirdi - Artırılmış rüsumlar görə
Azərbaycanda İkinci Dünya müharibəsi zamanı sürücülük imtahanı - FOTOLAR
Dizel avtobuslardan imtina havanı təmizlədi - XARİCİ TƏCRÜBƏ
Azərbaycana maşın gətirənlərin nəzərinə - Yeni tələb
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı
Yanacağın qiymətinin artırılmasına məhdudiyyət əks nəticə verdi








