Sürücülərin nəzərinə - Burada dayansanız cərimə olunacaqsınız – VİDEO

Bakı Nəqliyyat Agentliyi paytaxt yollarında nəqliyyatın və əhalinin rahat, təhlükəsiz eləcə də maneəsiz hərəkətini təmin etmək məqsədi ilə zəruri tədbirlərini davam etdirir. Bu çərçivədə nəqliyyat axınının intensiv olduğu və əsasən əhalinin sıx məskunlama zonasından keçən Abbas Mirzə Şərifzadə küçəsində təhlillər aparıb. Agentliyin mütəxəsisslərinin apardığı təhlillər zamanı küçədə mövcud olan yol-nəqliyyat infrastrukturunun vəziyyəti öyrənilib, nəqliyyatın axını araşdırılaraq buna maneə yaradan amillər müəyyənləşdirilib. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Avtosfer.az-a bildirib ki, digər nəqliyyat vasitələrinin avtobus dayanacaq məntəqəsi ərazisində qanunsuz park edilməsi, eyni zamanda parklanma yerlərinin dayanacaq məntəqələrinə yaxın olması, bunun isə gün ərazində xüsusən də pik saatlarda küçədə nəqliyyatın intensiv axınına ciddi maneə yaratması müəyyən edilən əsas problemlərdəndir. Məhz bu səbəbdən də ümumi istifadədə olan nəqliyyat vasitələrinin (sərnişin avtobusları) dayanacaq məntəqələrinə daxil olmasında və sərnişinlərin avtobuslardan rahat və təhlükəsiz şəkildə minib düşməsində çətinliklər yaranır. Bununla yanaşı, dayanacağa daxil ola bilməyən avtobuslar yol hərəkət hissəsində saxlayır ki, bu da küçə boyunca nəqliyyat vasitələrinin hərəkətində sıxlığın yaranması ilə nəticələnir.
Qeyd edilən problemlərin aradan qaldırılması məqsədilə Bakı Nəqliyyat Agentliyinin hazırladığı tədbirlər planına uyğun olaraq 2 məntəqədə yeni dayanacaq məntəqəsinin təşkili, 4 məntəqədə nəqliyyat vasitələrinin hərəkətinə ləngimələr yaradan bəzi dayanacaq məntəqələrinin yerinin dəyişdirilməsi, yeni taksi dayanacaq məntəqələrinin müəyyən edilməsi, parklanma yerlərinə təkrar baxılması və çatışmayan yol nişanlarının quraşdırılmasına başlanılıb.
Artıq 3 saylı “ASAN” Xidmətin inzibati binasının qarşısındakı parklanma yerləri ləğv edilərək 30 metr məsafədə yeni avtobus dayanacaq məntəqəsi təşkil edilib, metronun “İnşaatçılar” stansiyasının qarşısında dayanacaq məntəqəsi üçün nəzərdə tutulmuş ərazi 30 metrdən 70 metrə qədər genişləndirilib. Bundan əlavə, metronun “İnşaatçılar” stansiyası yaxınlığındakı taksi minik avtomobillərinin dayanması üçün dayanacaq məntəqəsi də təşkil edilib.
Mais Ağayev bildirib ki, əgər taksi fəaliyyəti göstərməyən şəxs avtomobilini həmin duracaqda park edərsə, ərazidə xidmət aparan yol polisləri onları cərimələyəcək.
Məlumat üçün bildirək ki, nəzərdə tutulan tədbirlər Bakı Nəqliyyat Agentliyinin aidiyyəti dövlət qurumları ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Digər çatışmazlıqların aradan qaldırılması istiqamətində işlər davam etdiriləcək.
Nurlan
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur

















