Sürücülərin nəzərinə: parkinq zamanı ehtiyatlı olun! - CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ

Bakı Nəqliyyat Agentliyi (BNA) qanunsuz parklamalarla bağlı monitorinqlərə başlayıb. Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, Bakıda sürücülərin yalnız müəyyən olunmuş ərazilərdə avtomobillərini park etmələri məqsədilə xüsusi parkomatlar quraşdırılmasına baxmayaraq hələ də qeyri-qanuni yerlərdə parklamalar müşahidə edilir. Bundan əlavə, məlumat üçün bildiririk ki, paytaxtda parkomatlar quraşdırılan və eyni zamanda, avtomobilin saxlanmasını qadağan edən yol işarələri qoyulmuş ərazilər də mövcuddur. "Bütün bu proseslərə nəzarət etmək məqsədilə, İNS layihəsi çərçivəsində Bakı şəhəri üzrə quraşdırılmış 44 parklamaya nəzarət kameraları bərpa edilib. Bu nəzarət kameraları növbəli iş rejimində olmaqla Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində 12 nəfərlik işçi heyət tərəfindən müşahidə edilir. Gün ərzində işçi qrup tərəfindən aşkarlanan qayda pozuntuları müvafiq cərimə tədbirlərinin görülməsi üçün aidiyyəti qurumlara təqdim edilir. Bununla əlaqədar olaraq, bir daha sürücülərə parklama zamanı daha diqqətli olmaları, avtomobillərini qeyri-qanuni yerlərdə park etməmələri tövsiyə edilir", - deyə qurumdan bildirilib.
Elmin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












