Sürücülük vəsiqələri pul kartı kimi istifadə ediləcək - VİDEO

Sürücülük vəsiqələrindən plastik ödəmə kartı kimi də istifadə etmək mümkün olacaq. 2013-cü ilin yanvar ayından etibarən sürücülük vəsiqələri yenilənməyə başlayıb. Bu vəsiqə köhnələrdən həm ölçüsünə, həm də içərisindəki məlumatlara görə fərqlənir. Yeni vəsiqələrin içərisinə xüsusi çip yerləşdirilib. Həmin elektron daşıyıcı sayəsində gələcəkdə sürücülük vəsiqələrinin balansına pul yükləmək və onlardan ödəniş vasitəsi kimi istifadə edilməsi mümkün olacaq. Hətta bəzi banklar da bu prosesə maraq göstərib. Lakin hələlik qəti qərar qəbul edilməyib.
Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü Kamran Əliyev bildirib ki, 2013-cü ildən əvvəl verilən sürücülük vəsiqələri də istifadə müddəti bitdiyi üçün dəyişdirilərkən çip yerləşdirilmiş şəkildə, yeni dizaynda sahibinə təqdim ediləcək. Vəsiqələri vaxtından əvvəl dəyişdirməyə ehtiyac yoxdur. Lakin sürücü özü istəyərsə, vəsiqənin vaxtı bitməmiş 18 manat dövlət rüsumunu ödəməklə onu yenisi ilə dəyişdirə bilər.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












