Sürücülük vəsiqəsi alan qadınların sayı sürətlə artır - STATİSTİKA

Sürücülük vəsiqəsi alan qadınların sayında son illərdə nəzərəçarpacaq artım müşahidə edilir.
Avtosfer.az rəsmi məlumatlara istinadən bildirir ki, ötən il sürücülük vəsiqəsi alan hər 100 nəfərdən 10 nəfəri qadın olub.
Əvvəlki illərlə müqayisə göstərir ki, sürücülük vəsiqəsi alanlar arasında qadınların sayı kişilərlə müqayisədə daha böyük sürətlə artır.
Rəsmi statistika göstərir ki, 2008-ci ildə 133 733 nəfər sürücülük vəsiqəsi alıb. Onların 127 546 nəfəri (95,4 faiz) kişi, 6 187 nəfəri (4,6 faiz) qadın idi.
2018-ci ildə 203 533 nəfər sürücülük vəsiqəsi alıb ki, bunların da 15 115 nəfəri (7,4 faiz) qadın, 188 418 nəfəri (92,6 faiz) kişi olub.
2021-ci ildə isə 281 864 nəfər sürücülük vəsiqəsi alıb və həmin şəxslərin 29 517 nəfəri (10,5 faiz) qadın, 252 347 nəfəri (89,5 faiz) kişidir.
Ümumilikdə, 2008-2021-ci illər ərzində 158 570 qadın sürücülük vəsiqəsi alıb.
Elektromobil istehsalında inək qanından istifadə ediləcək?
DJ Mahmutun 350 min dollarlıq avtomobili - FOTOLAR
Azərbaycanda bəzi avtomobillər kəskin BAHALAŞDI - VİDEO
2026-cı ilin ən yaxşı dizel mühərriki məlum oldu - FOTO
Cərimələrlə bağlı daha bir YENİLİK - SMS və tanışlıq kifayət edəcək
İkinci əl maşın alanda qəza, etibarnamə və texniki yoxlama niyə vacibdir? – Mütəxəssis RƏYİ
İşlənmiş avtomobil bazarında risklər: Qəza izlərini necə tanımaq olar?
Azərbaycanda avtomobil sifarişi tələsi: Onlarla vətəndaş aldadılıb - VİDEO
Bu maşın püşkatma yolu ilə satılacaq
Avtomobillərdən çıxan tüstü də işə yarayacaq - FOTO
Çinin avtomobil sənayesi adambaşına məhsuldarlığa görə Avropadan geridir










