Sürücünün başı qarışdı – maşından 4 min manat oğurlandı

İyulun 14-də Sumqayıt şəhər sakini Y.İ həmin gün saat 11 radələrində paytaxtın Q.Qarayev prospektindəki ticarət mərkəzlərindən birinin qarşısında park etdiyi avtomobilindən oğurluq edilməsi barədə Nizami RPİ-nin 24-cü Polis Bölməsinə müraciət edib. Zərərçəkmiş izahatında qapılarını açıq saxladığı avtomobilindən içərisində 4000 manat olan pulqabısının oğurlandığını bildirib. Əməliyyat qrupu hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilən məlumat əsasında oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib və "isti izlər"lə keçirilmiş tədbirlərlə o, saxlanılaraq Polis Bölməsinə gətirilib.
Araşdırmalarla onun əvvəllər dəfələrlə məhkum olunmuş Bakı şəhər sakini Rövşən Əşrəfov olması müəyyən edilib. O, oğurluğu törətdiyini etiraf edərək bazarın qarşısında saxlanılan "Fiat" markalı avtomobilin sahibinin aldığı ərzaqları yük yerinə qoyduğundan başının qarışıq olmasından istifadə edərək ön oturacağın üstündəki pulqabını götürərək oradan uzaqlaşdığını bildirib.
R.Əşrəfovun üzərinə baxış zamanı 2400 manat pul aşkar edilib. O, həmin məbləğin oğurladığı pulqabıdakı 4000 manatdan qaldığını, digər hissəsini isə ehtiyaclarına sərf etdiyini bildirib.
Fakatla əlaqədar Nizami RPİ-nin İstintaq şöbəsində cinayət işi başlanılıb.
Natiq Cavadov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










