Sürücünün başının qopduğu qəzanın qandonduran TƏFƏRRUATI - İNTİHAR - VİDEO

Bir neçə gün əvvəl paytaxtın Xəzər rayonunda baş vermiş qandonduran qəzanın səbəbi müəyyənləşib.
Avtosfer.az qəzada həyatını itirən 35 yaşlı şəxslə bağlı yeni informasiya əldə edib. Yaxın çevrəsinin verdiyi məlumata əsasən mərhumun həyat yoldaşı qəzadan bir gün öncə ağır xəstəlik səbəbindən intihar edibmiş.
Bu hadisədən sonra qəzada həlak olan sürücü xanımının ölümünə dözə bilmədiyini qohumları ilə bölüşüb və bunu qaldıra bilməyəcəyini, həyatını sonlandıracağını vurğulayıb. Hadisə baş verməzdən əvvəl isə onlarla hallallaşıb.
Avtosfer.az bildirir ki, dəhşətli yol-nəqliyyat hadisəsinin intihar olduğu ehtimal edilir.
Xatırladaq ki, ağır yol-nəqliyyat hadisəsi 29 may tarixində, Qala-Pirallahı yolu istiqamətində baş verib. Yüksək sürətlə yoldan çıxan “Toyota Prius” markalı avtomobil yol kənarındakı daşla dolu “Kamaz”a dəyərək tamamilə yararsız hala düşüb. Hadisə yerində ölən sürücünün isə başı, qolu və ayağı bədənindən ayrılıb.
Nərmin
Azərbaycan avtomobil idxalında tarixi zirvəyə çatdı - STATİSTİKA - FOTO
"VAZ" avtomobilləri üçün yeni disklər - FOTO
"BYD" milyardlıq vədlərini yerinə yetirmir
Xaricdən avtomobil gətirənlərin sayı niyə kəskin azalıb? - VİDEO
Dünyada ən çox tıxac olan şəhərlər açıqlandı - SİYAHI
Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər - Natrium əvəzinə litium
Çin yarım sükanlı avtomobilləri qadağan etdi
Sosial yardım alan şəxs yarım milyonluq “Ferrari” sürürmüş
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat











