Sürücüsüz taksilər test edilməyə başlanır - VİDEO

Sürücüsüz taksilər növbəti il test edilməyə başlanacaq. Bloomberg’in paylaşdığı məlumata görə, sürücüsüz taksilərin testləri Tokio yaxınlığındakı Fujisawa şəhərində 2016-cı ildən etibarən başlanacaq. Taksilərdən alış-veriş üçün bir yerdə durub gözləmək, əsas yollarda səyahət etmək və maksimum 3km-lik yol qət etmək kimi bəsit vəzifələr tələb ediləcək. Taksilər yol boyu digər maşınlarla nəzarətə götürüləcək. Mümkün pis hallar olduğu təqdirdə, təcili hərəkətlər etməsi üçün bir komanda da hazır olacaq. "Toyota Estima" modelindən istehsal edilən avtomobillərin 2020-ci ildə baş tutacaq Tokio Olimpiya Oyunlarında istifadəyə verilməsi gözlənilir. Lakin təbii ki, həmin müddətə qədər bu taksilərin sınaqlardan uğurla keçməsi lazımdır.
Bildiyiniz kimi, Google da sürücüsüz avtomobil istehsalı üzərində dayanmadan çalışmaqdadır. Həmçinin, General Motors da verdiyi açıqlamada növbəti ilin sonuna qədər işçilərinin kampus daxilində sürücüsüz maşınlarla gəzməyə başlayacağını bildirmişdi.
Lakin hər kəsə məlumdur ki, sürücüsüz taksilərin yola çıxması hələ ki qanunla qadağa edilib və müxtəlif qaydaların yaradılması mütləqdir.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












