“Şuşada son çay”ın müəllifi: “O torpaqların azadlığını görmək arzum idi” - VİDEO

Dünyaca məşhur fotoqraf Reza Deqati 40 ildir Fransada yaşayır. Fotojurnalist 27 il sonra Azərbaycan ordusu tərəfindən işğaldan azad edilən Cəbrayıl rayonuna səfər edib.
O, ilk olaraq tarixi Xudafərin körpüsünün fotosunu çəkib:
“30 il idi ki, mənim belə bir arzum var idi. Mən 1992-ci ildə Xocalı faciəsinin şahidi olmuşam. Bir aydan çox bizim əsgərlərlə bir yerdə idim həmin vaxt. 30 il idi ki, fikrimdə var idi, ömrüm olsa, mən buraya gəlim, yenidən azadlığını görüm”.
Fotoqraf bildirib ki, onun indi tək arzusu Qarabağın gözü sayılan Şuşada yenidən fotolar çəkməkdir:
“Mənim o zaman bir fotom var. Adı “Şuşada son çay” idi. Hansı ki, mənimlə birgə orada əsgərlər var idi. Şuşadan çıxmadan beş dəqiqə əvvəl, Şuşanın meydanında dedim, gəlin, burada bir çay içək. Həmin fotonu 30 ildir saxlayıram ki, yenə gedib orada çay içəcəyəm.
Elə həmin yerdə. İndi ona görə gəlmişəm ki, Şuşa işğaldan azad olunsun və orada gözəl çay içək”.
Avtomat sürət qutusunun “evini yıxan” vərdişlər
Yaxın Şərqdə gərginlik avtomobil sektorunda xərc təzyiqini artırır
Elektrikli avtomobillər barədə doğru sanılan 7 böyük səhv
Avtomobildə yanacaq sərfiyyatını necə azaltmaq olar - Gözlənilməz bir üsul
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
Yollarda qayda pozan sürücülərlə necə davranılmalıdır? - VİDEO
Sürücülərin kabusuna çevrilən yol - Maşınlara ciddi ziyan dəyir - FOTOLAR
Ailədə hər kəsin ayrıca avtomobili: rahatlıq, yoxsa şəhərlərdə tıxacın əsas səbəbi? - ARAŞDIRMA
2025-ci ildə ən çox satılan elektromobillər – SİYAHI
Bunları avtomobilə quraşdıranlar cərimələnəcək - Aprelin 1-nə qədər vaxt verildi
Qaradağda avtomobillərə texniki baxış kompleksi tikiləcək










