Svetoforda siqnal verən sürücüləri gülünc vəziyyətə saldılar – Maraqlı yenilik - VİDEO

Son aylar “koronavirusun Hindistan variantı” və ya Hindistan ştamından çox danışılıb, çox yazılıb. Bu, öz yerində, bizim məqsədimiz bu ölkədə bir neçə il əvvəl polisin həyata keçirdiyi eksperimentlə bağlıdır.
Avtosfer.az bildirir ki, 20 milyon əhalisi olan Bombey dünyanın ən səsli şəhərlərindəndir. Burada avtomobil siqnalı həyat normasına çevrilmişdi. Yaşıl işığın yanmasına 15 saniyə qalmış bütün sürücülər obrazlı desək “siqnalın üzərinə otururdular”. Problemin çarəsi tapıldı.
Şəhərin əsas svetoforlarında səsölçən detektorlar quruldu. Sonometrlərin vəzifəsi səs şiddəti 85 desibeli keçdikdə qırmızı işığı qoşmaqdır. Əgər səs yüksək olarkən qırmızı işıq yanırsa bu zaman onun müddəti daha 90 saniyə uzadılır.
Nəticəni gözləmək üçün çox vaxt tələb olunmadı. İLk günlərdə yeni qaydaya vərdiş etməyən on minlərlə sürücü saatlarla svetoforda gözləyərək piyadaların gülüş hədəfi oldu. Sonradan hər şey yoluna düşdü. Cəmi 1 həftə sonra paytaxt Dehli sakinləri oxşar qaydanın tətbiqi üçün polisə kütləvi müraciət ünvanladılar.
Görəsən, bu təcrübədən biz də yararlana bilərikmi? Axı dünya gör-götür dünyasıdır. Bəşər övladı yarandığı dövrdən başqalarındakı yaxşı təcrübəni götürüb tətbiq edir.
Vüqar Yaşaroğlu
Azərbaycanda avtomobilləri daha da bahalaşdıracaq HADİSƏ
Elektromobilin gediş ehtiyatını artıran qoşqu
20 ilin “Toyota”sı Çin avtomobilindən daha səmərəli işlədi
Dirsəkli val belə döyülür – VİDEO
Bu yola radar quraşdırıldı; birazdan işə düşəcək - Sürücülərin diqqətinə!
Siqnalla təbrik: Afrikaya bənzəməyə çalışırıq? - FOTO
Tormoz mayesi və baş silindr tarixə qovuşur? - FOTO
Azərbaycanda avtomobillər bahalaşa bilər - VİDEO
Çin avtomobili almaq istəyənlərin nəzərinə! - Qiymətlər bu qədər artacaq
Azərbaycan avtomobil idxalında tarixi zirvəyə çatdı - STATİSTİKA - FOTO
"VAZ" avtomobilləri üçün yeni disklər - FOTO








