Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq - QƏRAR VERİLDİ

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib.
Avtosfer.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də əksini tapıb.
Qərara əsasən, taksi minik avtomobilinin damında öndən və arxadan görünməklə “Taksi” sözü yazılmış, damın həndəsi ortasında uzununa oxu avtomobilin uzununa oxuna perpendikulyar olmaqla statik bərkidilmiş yandırılıb söndürülə bilən sarı rəngli fənər (avtomobilin konstruksiyasında xüsusi “taksi” fənəri nəzərdə tutulduqda əlavə fənər qoyulmur) və ya hər iki tərəfdən ön və arxa qapılarının üzərində şahmat qaydasında düzülmüş dördbucaqlılardan ibarət kompozisiyalı fərqləndirici nişanı qoyulduqda, bu Tələblərin 2 nömrəli əlavəsində göstərilən qaydada olmalıdır.
Tələblərə əsasən, taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olmalıdır.
Taksi minik avtomobilində sərnişinin daşınmasını bildirən xüsusi cihaz yerləşdirildikdə həmin cihaz avtomobilin alın şüşəsinin yuxarı sağ küncündə və ya taksi fənərinin yanında yerləşdirilməli və həmin avtomobilin boş və ya dolu olduğunu bildirməklə müvafiq olaraq qırmızı və yaşıl rəngdə işıqsaçan olmalıdır.
İkinci əl maşın alanda qəza, etibarnamə və texniki yoxlama niyə vacibdir? – Mütəxəssis RƏYİ
İşlənmiş avtomobil bazarında risklər: Qəza izlərini necə tanımaq olar?
Azərbaycanda avtomobil sifarişi tələsi: Onlarla vətəndaş aldadılıb - VİDEO
Bu maşın püşkatma yolu ilə satılacaq
Avtomobillərdən çıxan tüstü də işə yarayacaq - FOTO
Çinin avtomobil sənayesi adambaşına məhsuldarlığa görə Avropadan geridir
Aİ-92" ilə "Aİ-95"i qarışdırmaq olar?
Dünyanın ən bahalı "avtomobili" - Hazırlanması 281 milyon dollara başa gəlib - FOTO
Avtomobil sahəsində mühüm ixtira: Sadə, ancaq həyati əhəmiyyət daşıyır - FOTO
Avtomobil bazarındakı dəyişiklik KASKO sığortasını da vurdu - FOTO
Maşını sürücüdən alıb özü sürdü - Piyadanın ayağını sındırıb 5 manatla yola saldı










